Qırmızı.az
Nazirlik: Çoxsaylı itkilər verən ermənilər yalan məlumatlar yayırlar
Aprelin 1-dən təmas xəttində Azərbaycan mövqelərini atəşə tutan, Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində çoxsaylı itkilər verən ermənilər yenidən təxribat xarakterli hərəkətlər edirlər.
Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı mənumat verib.
Qurum rəsmisi deyib ki, öz itkilərini ört-basdır etmək istəyən ermənilər sosial şəbəkələrdə Ukraynada öldürülən əsgərlərin meyitlərini yaymaqla guya Azərbaycan əsgərlərini öldürdüklərini iddia edirlər: "Amma bu, tam təxribatdır. Onların əlində heç bir fakt olmadığından bu üsula əl atırlar. Ermənilər təxribatla məşğuldurlar. Onların əlində heç bir imkan yoxdur. Yalnız yalan məlumatlar yaymaqla məşğuldurlar. Sosial şəbəkələrdən Azərbaycana aidiyyəti olmayan fotoları götürüb yaymaqla məşğuldurlar".
V.Dərgahlı bildirib ki, hər şeydən əlləri üzülən ermənilər indi də Azərbaycan Silahlı Qüvvələrinin guya dinc erməni əhalisinə qarşı amansızlıq və zorakılıq etməsi barədə yalan məlumatlar yayırlar: "Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti yalnız işğal olunmuş ərazilərimizə silahla soxulmuş ermənilərə qarşı mübarizə aparırlar. Ermənilərdən fərqli olaraq Azərbaycan əsgəri mülki əhaliyə qarşı heç bir zor tətbiq etmir".
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO