Nazir çağırış etdi: “Boş dayanmayın!”
Bizi izləyin

Qırmızı.az

Nazir çağırış etdi: “Boş dayanmayın!”

Gənclər və idman naziri Azad Rəhimov son günlər cəbhə xəttində baş verən hadisələrdən danışaraq, gənclərə müraciət edib.

Publika.az xəbər verir ki, bu gün Bakıda “Gənclər və idman idarələrinin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda seminarda çıxışı zamanı nazir Azərbaycan ordusunun düşmənə layiqli cavab verdiyini bildirib.

A.Rəhimov Azərbaycanın rayon və şəhər gənclər və idman idarə rəhbərlərini şəhid ailələrinə daha da diqqətli və kömək olmağa çağırıb: “Boş dayanmayın, Vətən uğrunda şəhid olan və yaralanan insanların ailələri ilə görüşün, vəziyyətləri ilə maraqlanın, onlara kömək olun. Bundan əlavə, düşmənlə döyüşlərdə yaralanan oğullarımızın müalicə olunduğu xəstəxanalara baş çəkin. Bu hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur”.

Nazir hazırda Azərbaycan gəncləri arasında yüksək döyüş əhval-ruhiyyəsinin olduğunu söyləyib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm