Erməni təxribatının nəticələri: Ağdamda 8 ev tam dağıdılıb, onlarla ev ziyan çəkib
Bizi izləyin

Qırmızı.az

Erməni təxribatının nəticələri: Ağdamda 8 ev tam dağıdılıb, onlarla ev ziyan çəkib

Erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi təxribat nəticəsində Ağdam rayonuna dəymiş ziyan müəyyənləşdirilir.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov bildirib.

İcra başçısı deyib ki, dünən Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediləndən sonra rayona dəymiz ziyanın müəyyənləşdirilməsinə başlanıb: "Hazırda komissiya ərazidədir və əhaliyə, evlərə dəymiş ziyanın məbləği müəyyənləşdirilir. Komissiya ziyanı müəyyənləşdirəndən sonra nəticələr aidiyyəti qurumlara göndəriləcək".

İcra başçısı qeyd edib ki, erməni silahlı birləşmələrinin təxribatı zamanı Ağdam rayonu ərazisində 8 ev təmamilə dağılıb: "Bu hadisələrdə ziyan çəkən evlərin sayı daha çoxdur və hazırda həmin evlərin siyahısı və vəziyyəti ilə bağlı məlumatlar hazırlanır. Bütün ziyan çəkən evlərin foto və video çəkilişləri aparılır. Materiallar toplanandan sonra akt tərtib ediləcək və müvafiq qurumlara müraciət olunacaq".

R.Məmmədov deyib ki, erməni təxribatları nəticəsində kəndlərin sıradan çıxan elektrik enerjisi və qaz xətləri isə tam bərpa olunub, bütün kəndlər fasiləsiz elektrik enerjisi və qazla təmin edilib.

İcra başçısı bildirib ki, aprelin 2-dən 5-dək cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribat nəticəsində 1 nəfər mülki şəxs həlak olub. Həmin şəxs ermənilərin atdığı mərminin məscidə düşməsi nəticəsində həlak olub: "Mərmi rayonun Əhmədağalılar kəndindəki məscidə düşüb və orada olan kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahlar oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Erməni təxribatı nəticəsində Ağdam rayonundan 7 mülki şəxs isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm