AŞPA nümayəndəsi bir qrup QHT sədri ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

AŞPA nümayəndəsi bir qrup QHT sədri ilə görüşüb

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın başçılıq etdiyi nümayəndə heyəti bir qrup QHT sədrləri ilə görüşüb.

Bu barədə Publika.az-a “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak görüşdə iştirak edən hər bir QHT nümayəndələrinin fikirlərini dinləyib: “Görüşdə ölkənin ictimai-siyasi vəziyyəti , Dağlıq Qarabağ və digər məsələlərlə bağlı müzakirələr aparıldı. Qonağın məqsədi Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrinin fikirlərini dinləmək idi. Mən isə bir QHT sədri kimi Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennaka Azərbaycanın bir nömrəli problemi olan Qarabağ məsələsindən danışdım . Azərbaycan xalqının Qarabağı heç zaman güzəştə getməyəcəyini və hər an döyüşərək torpaqlarını geri qaytaracaq əzimdə olduğunu, qonağın diqqətinə çatdırdım”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm