Rayonlarda yağış yağacaq, şimşək çaxacaq
Bizi izləyin

Qırmızı.az

Rayonlarda yağış yağacaq, şimşək çaxacaq

Aprelin 9-da Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-9 dərəcə isti, gündüz 16-21 dərəcə isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 18-20 dərəcə isti olacaq.

Aprelin 9-da Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam isə ayrı-ayrı qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 5-10 dərəcə isti, gündüz 18-23 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm