Qırmızı.az
Rüşvətxor məmurun işi məhkəməyə gönərildi
Bələdiyyə sədri 500 manat pulu rüşvət alarkən cinayət
başında yaxalanıb
Azərbaycanda rüşvət almaqda ittiham olunan vəzifəli şəxs barəsində olan cinayət işi baxılması üçün məhkəməyə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, Kürdəmir rayon Qarasaqqal bələdiyyəsinin sədri Yengibar Əhmədovun ona müraciət etmiş kənd sakinindən 500 manat məbləğində pulu rüşvət kimi alarkən cinayət başında yaxalanması faktına görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma maddəsi) ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaq zamanı Y.Əhmədovun özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə bələdiyyə mülkiyyətində olan örüş təyinatlı 46 hektar örüş sahəsinin təyinatını özbaşına dəyişərək dövlət büdcəsindən verilən 2800 manat məbləğində pulu almasında və bələdiyyə sürücüsü adı ilə rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə əmək haqqı cədvəllərində imzanı saxtalaşdıraraq 1107 manat məbləğində pulu bələdiyyənin xəzinəsindən götürüb şəxsi ehtiyaclarına sərf etməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.1 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər