Qırmızı.az
Gül bayramı ilə bağlı qərar verildi
Bu ildən başlayaraq mayın 10-da Bakı şəhərinin bütün
park, bağ və xiyabanlarında yaşıllaşdırma işləri və güləkmə
mərasimi, abadlaşdırma iməcilikləri təşkil olunacaq. Şəhərin
rayonlarının geniş ictimaiyyətinin və icra hakimiyyəti
strukturlarının iştirak edəcəyi əmək və gül bayramında hər rayon
özünəməxsus formada abadlaşdırma və güləkmə işləri
aparacaq.
Publika.az xəbər verir ki, bu barədə Bakı Şəhər
İcra Hakimiyyəti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, hər il mərhum prezident Heydər
Əliyevin doğum günü münasibətilə təşkil edilən Gül bayramı geniş
ictimaiyyətdə böyük maraq doğurub və bununla bağlı şəhər icra
hakimiyyətinə çoxsaylı vətəndaş təşəbbüsləri daxil olub. Bakı Şəhər
İcra Hakimiyyəti müraciət edən ayrı-ayrı təşkilatların, tədbirə
müstəqil şəkildə qoşulmaq niyyətində olan ictimaiyyət
nümayəndələrinin və vətəndaşların bu prosesdə daha fəal iştirakını
təmin etmək məqsədilə Gül bayramının yeni formatda keçirilməsi
barədə qərar qəbul edib.
Builki Gül bayramı təkcə bir park çərçivəsində gül-çiçəklərin,
çələnglərin, dekorativ bitkilərin müxtəlif dizaynla təqdimatı ilə
deyil, ictimaiyyətin, ayrı-ayrı təşkilatların, sıravi vətəndaşların
geniş iştirakı ilə şəhərin bütün parklarında keçiriləcək və
insanlar sərbəst şəkildə öz bacarıqlarını nümayiş etdirmək imkanına
malik olacaqlar.
Əlavə məlumatla bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 050-211-23-72, 070-211-23-72, 012-440-15-34 nömrəli telefonları ilə əlaqə saxlamaq xahiş olunur.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR