Sabiq təhsil naziri: “TQDK-nın ləğvi gözlənilən idi”
Bizi izləyin

Qırmızı.az

Sabiq təhsil naziri: “TQDK-nın ləğvi gözlənilən idi”

Prezident İlham Əliyevin fərmanı ilə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib və Dövlət İmtahan Mərkəzi yaradılıb. Onların istifadəsində olan dövlət əmlakı yeni qurumun balansına verilib.

Sabiq təhsil naziri Firudin Cəlilov Publika.az-a açıqlamasında bildirib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə bağlı belə bir qərarın verilməsi gözlənilən idi.

“Biz bu qurumu yaradanda onun təkcə ali məktəblərə tələbə qəbulu ilə məçgul olacağını deyil, həmçinin bütün sahələrdə işə qəbul prosesini həyata keçirməsini nəzərdə tutmuşduq. Hətta gələcəkdə qurumun ləğv edilməsini də düşünürdük. Yeni qurumun mexanizmi necə olacaq deyə bilmərəm, ancaq hesab edirəm ki, qərarın qəbulu müsbət haldır və bu islahat çoxdan aparılmalı idi”.

F.Cəlilov bildirib ki, hələ 1992-ci ildə Komissiya yaradılarkən onun tərkibində İctimai Şura da var idi.

“Komissiya yarananda ictimai şuranın nəzarəti altında işləyirdi. Sonradan Komissiyanın nizamnaməsini dəyişməklə, qurumun yaradılıma məqsədini dəyişmiş oldular. Nəzarət Komissiyası onlara təsir etməsin deyə şuranı ləğv etdilər. Dəfələrlə təklif etmişəm ki, qurum yalnız tələbə qəbulu ilə məşğul olmasın. Adının dəyişdirilməsi gələcəkdə qəbul imtahanlarının da ləğv edilməsində başlanğıc hesab edilə bilər. Çünki dünyada belə bir təcrübə var: orta məktəb imtahanından uğurla keçənlər ali məktəbə qəbul olur, birinci semestr imtahanından sonra kimin oxuyub-oxumayacağına qərar verilir. Hesab edirəm ki, bununla da işlər bir az da asanlaşar. Bildiyiniz kimi, tələbə qəbulu günlərində gərginlik yaranır. Hesab edirəm ki, bu proses nə vaxtsa ləğv olunacaq, çünki bunu həyat tələb edir”.

Qeyd edək ki, yeni yaradılan qurum Dövlət İmtahan Mərkəzi bir çox məsələləri - Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək. Mərkəz həm də imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayaraq onu Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm