Sabahdan hava soyuyacaq - XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Sabahdan hava soyuyacaq - XƏBƏRDARLIQ

Aprelin 16-sı axşam, 17-də gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Publika.az-a verilən məlumata görə, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu aprelin 17-də ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Aprelin 16-da isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə yarımadanın bəzi yerlərin yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12 dərəcə isti, gündüz 18-23 dərəcə isti, Bakıda gecə 10-12 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacaq.

Rayonlarda gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 9-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm