Qırmızı.az
ABŞ səfiri Yer Gününü qeyd etdi - FOTO
Aprelin 23-də ABŞ səfiri və onun həyat yoldaşı xanım Sekuta ABŞ hökumətinın sponsorluq etdiyi FLEX proqramının məzunları ilə birgə Yer Gününü qeyd edib və Abşeron yarımadasında yerləşən çimərlikdə təmizlik işlərini həyata keçirib.
Səfirlikdən Publika.az-a verilən məlumata görə, təmizlik işləri yekunlaşandan sonra Səfir Sekuta Abşeron Dövlət Parkına səfər edərək "Parklarda Gəzinti" kampaniyasının startını bəyan etmişdir və kampaniya çərçivəsində gələn il ərzində Azərbaycanın bütün milli parklarına səfər etmək niyyətini bildirib.
Səfir Sekuta qeyd edib ki, Azərbaycanın milli parklarına səfər etməsi ABŞ-ın milli park sisteminin yüzillik ildönümünə təsadüf edir. O, qeyd edib ki, milli parkların yalnız təbiətin qorunması və ya insanların təbiətə səfər etməsində deyil, həmçinin gəlirin əldə olunmasındada çox vacib olduğunu, ABŞ-ın milli park sistemi hər il təxminən 30 million dollar gəlir gətirdiyini bildirib. Səfir həmçinin ətraf mühitin yalnız milli parklarda deyil, ümumilikdə təbiətin qorunmasının vacibliyini qeyd edib. O, həmçinin, deyib ki, parka etdiyi səfər və çimərlikdə aparılan təmizlik işləri hər bir kəsə ətraf mühitin qorunmasında oynadığı rolu xatırlatmalıdır.
Səfir Sekuta Ekologiya Nazirinə Azərbaycanın milli parklarına səfər etmək imkanına və parkların işçi heyyətinə sözügegən səfərlərin gerçəkləşməsində yardım etdiklərinə görə təşəkkür edib.
Məzunların Çimərlik Təmizləmə tədbiri FLEX proqramının məzunları tərətindən irəli sürülən və hər il baş tutan bir tədbirdir. Sözügedən məzunların əksəriyyəti ABŞ-da orta məktəb və ya universitet tələbələridir ki, onlar amerikan ailələrində yaşayaraq bir il ABŞ-ın orta məktəblərində təhsillərini davam ediblər. Bu ilki Yer Gününün qeyd olunmasında ABŞ-da təhsil almış 25 məzun və ABŞ Səfirliyinin 15 nümayəndəsi iştirak edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR