Ağdam atəşə tutuldu: 1 mülki şəxs öldü, 8 nəfər yaralandı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Ağdam atəşə tutuldu: 1 mülki şəxs öldü, 8 nəfər yaralandı (YENİLƏNİB)

Ağdam rayon İcra Hakimiyyətindən Publika.az-a verilən məlumata görə, Hərbi Hosbitala yerləşdirilən yaralı Əli Müseyib oğlu Hüseynovun və rayon xəstəxanasına yerləşdirilən Elnur Polu oğlu Məmmədovun vəziyyətləri ağırdır.

Rayon xəstəxanasına yerləşdirilənlərdən Məhəmmədəli İmanov isə artıq evə buraxılıb. Hazırda xəstəxanada 6 nəfər müalicə alır. Onlardan 1-i əməliyyat edilib, 5-I isə müalicə alır.

İcra hakimiyyətindən bildirilib ki, atəşkəsin pozulması nəticəsində 59 evə ziyan dəyib, 12 ev tamamilə dağılıb, 1 ev yanıb, 1 mağazaya ziyan dəyib. Evləri tamamilə dağılan ailələr rayonun mədəniyyət evlərinə müvəqqəti olaraq yerləşdirilib. Hazırda dəyən ziyan araşdırılır.

***

Aprelin 27-si gecə saatlarından ermənilərin atəşkəsi pozması və artilleriya zərbələri endirməsi nəticəsində Ağdam rayon sakinlərindən 8 nəfər yaralanıb, 1 nəfər isə ölüb.

Bu barədə “Report”a Ağdam Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Ölən şəxs rayonun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğludur.

Yaralılar isə bunlardır:

1. Abdullayev Anar Nizami oğlu, 1975-cı il təvəllüdlü, Çəmənli kəndi;

2. Rəhimov Zahid Vəliş oğlu, 1985-cı il təvəllüdlü, Çəmənli kəndi;

3. Hüseynov Əli Müseyib oğlu, 1943-cı il təvəllüdlü, Çəmənli kəndi;

4. Kərimov Sirdaş Şükür oğlu, 1962-cı il təvəllüdlü, Çəmənli kəndi;

5. Məmmədov Adil Musdu oğlu, 1955-cı il təvəllüdlü, Çəmənli kəndi;

6. Məmmədov Elnur Polu oğlu, 1978-cı il təvəllüdlü, Əfətli kəndi;

7. Qarayev Elgiz Elbrus oğlu, 1985-cı il təvəllüdlü, Qaradağlı kəndi;

8. İmanov Məhəmmədəli Soltan oğlu, 1963-cı il təvəllüdlü, Zəngişalı kəndi (kantuziya);

Bundan başqa, “Qaramal” fermasında 11 baş inək ölüb, 19 baş inək yaralanıb. Əfətli kəndi ərazisində 17 evə ziyan dəyib, 2 ev tamamilə dağlıb. Çəmənli kəndi ərazisində 3 evə ziyan dəyib, 1 ev dağlıb, 1 avtomobil yararsız hala düşüb, 1 at və 1 inək ölüb. Qaradağlı kəndi ərazisində 27 evə ziyan dəyib, 5 ev dağılıb. Zəngişalı kəndi ərazisində 8 evə ziyan dəyib, 1 ev yanıb, 1 mağaza dağlıb və 2 ev dağılıb.

***

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Ağdam rayonunun bir sakini dünyasını dəyişib, daha 7 nəfər isə yaralanıb.

Bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

Qeyd olunur ki, daha öncə yaralanan Çəmənli kənd sakini Famil Mustafayev Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib, lakin orada dünyasını dəyişib.

Yaralananlardan iki nəfərin vəziyyəti ağırdı. Onlar 1966 il təvəllüdlü Çəmənli kənd sakini Hüseynov Əli, digəri isə 1945-ci il təvəllüdlü Əfəndili kənd sakini Məmmədov Elnurdur. Bildirilir ki, yaralılardan biri kantuziya zədəsi alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm