• USD 1,7000 0,00% EUR 1,9837 0,00%
    • GBP 2,1690 0,00% RUB 0,0221 0,00%

Tərtərin icra başçısı: “Hamı yerindədir”

Tərtərin icra başçısı: “Hamı yerindədir”

Musavat.com-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşları Tərtər Rayon İcra Hakimiyyətində olublar. İcra başçısı Müstəqim Məmmədov bildirib ki, bir çox saytlar yalan məlumat yayaraq, guya sakinlərin yaşayış yerlərini tərk etdiklərini yazırlar:

Müstəqim Məmmədov bəyan edib ki, belə bir şey yoxdur: “Tərtər sakinləri yalnız irəli, düşmənin üzərinə getməyi düşünürlər. 27 aprel tarixində gecə saat 23:00-dan başlayaraq, 28 aprel gecə saat 4 radələrinə qədər təmas xəttində yerləşən Tərtər şəhəri və onun 11 yaşayış məntəqəsi, düşmənin artilleriya zərbəsinə məruz qalıb. Düşmən iriçaplı silahlardan, “Qrad” qurğusundan və toplardan yaşayış məntəqələrini vurmaqla məşğuldur. Bu isə göstərir ki, onların məqsədi əhali arasında çaşqınlıq yaratmaqdır. Bütün bunlara baxmayaraq, əhalimiz yerindədir. Kəndlərdə kommunal xətlər dağıdılsa da, tezliklə tərəfimizdən bərpa olundu. Hazırda əhalinin həm elektrik, həm də qaz xətlərində heç bir problem yoxdur”.

İcra başçısı əlavə edib ki, rayonda olan bütün 2 və 5 mərtəbəli ictimai yaşayış binalarının zirzəmiləri təmizlənib və sığınacaq halına gətirilib: “Lazım olduqda oradan da istifadə edə bilərik. Ümumilikdə Tərtər rayonunda içməli su və kanalizasiya sisteminin layihəsi davam etdirilir. Kəndlərimizdə əhali kənd təsərrüfatı işləri ilə məşğuldur. Bir daha qeyd edirəm ki, bütün sakinlərimiz, icra nümayəndələri öz yerlərindədirlər”.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR