Qırmızı.az
Müəllimlərin əmək haqlarının hesablanmasında yenilik olacaq
"Müəllimlərin diaqnostik qiymətləndirilməsi müvafiq
qaydaya uyğun olaraq ölkənin digər şəhər və rayonlarında da
aparılacaq. Bundan sonra strategiyaya uyğun şəkildə əmək haqqı
islahatının ikinci mərhələsinə - differansial, yəni, peşəkarlıq
səviyyədən və əməyin nəticələrindən asılı olan əmək haqqı sisteminə
keçməyi planlaşdırırıq".
Bunu təhsil naziri Mikayıl Cabbarov Gülüstan sarayında ümummilli
lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə
təşkil olunan "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.
Nazir bildirib ki, müəllim əməyinin stimullaşdırılması ilə bağlı
son 2 ildə atılan addımlar bu peşənin nüfuzunun yüksəldilməsində
dönüş nöqtəsi olub: "Belə ki, 2014-cü ildə Bakı şəhərində 30 min,
2015-ci ildə ölkənin 3 şəhər və 9 rayonunda 26 min müəllimin bilik
və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılıb.
Beləliklə, ölkə üzrə müəllimlərin 40%-nin dərs yükü 1,5 dəfə,
vəzifə maaşı isə 2 dəfə artıb. Nəticədə müəllimlərin orta aylıq
əmək haqqısı ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb".
M. Cabbarov eyni zamanda, müəllim şagird nisbətində əsaslı irəliləyişlərə nail olunduğunu da xatırladıb: "Bu göstərici 2012-2013-cü tədris ili müqayisədə 2015-2016-cı ildə 1:10-dan 1:12 nisbətinə yüksəlib". (Report.az)
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı