Azərbaycanlı jurnalist ermənipərəst yazara cavab verdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı jurnalist ermənipərəst yazara cavab verdi

Türkiyə ilə Azərbaycanın yüksək strateji ortaqlığı düşmənlərimiz tərəfindən qısqanclıqla qarşılanmaqdadır. İstər sosial mediada, istərsə də, erməni diasporunun aktiv olduğu ölkələrin mediasında bu ittifaqa qarşı yazılar dərc olunur. Təəssüf ki, erməni lobbisi bəzən bu istəyinə türk mediasında da nail ola bilir. Liberal, ermənilərin Qarabağdakı işğalını inkar edən bəzi yazarlar vasitəsi ilə bu strateji ittifaq hədəf seçilir.

Həmin yazarlardan biri, “Axşam” qəzetində çalışarkən, Dağlıq Qarabağın işğal altında olan ərazisinə Ermənistandan və Azərbaycanın icazəsi olmadan gedən, orada etdiyi çıxışla ölkəmizin “arzuolunmaz şəxslər” siyahısına düşən, lakin sonradan müəmmalı şəkildə oradan çıxan və hazırda “Milliyyət” qəzetində çalışan Nagehan Alçı bu müddət ərzində də Azərbaycana qarşı yalnış mövqeyini davam etdirir. Son olaraq, Qarabağdakı əməliyyatlar zamanı Türk hökumətinin və ictimaiyyətinin Azərbaycana birmənalı dəstəyini “Azərilər dost, ermənilər düşmanmı?” adlı məqaləsində sərt və ədalətsiz şəkildə tənqid edən Alçı daha sonra prezident Ərdoğanla birlikdə gəldiyi Bakı səfəri ilə bağlı ölkəmizə dair iftiralarla zəngin yazı qələmə aldı.

Nagehan Alçıya cavabı isə türk mediasında Yenicag.az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər verib. Türkiyənin nüfuzlu və ən çox oxunan Odatv.com saytında “Nagehan Alçının bu sözləri Azərbaycanda necə dəyərləndirildi” və “Kafkassam” və “Türk Haber” saytlarında “Türkiyə-Azərbaycan strateji ortaqlığı nədən hədəf seçilib?” başlıqlı məqalələrlə ermənipərəst yazarın absurd iddialarına cavab verib.

İki ölkənin də həssas bir dönəmdən keçdiyi vurğulanan yazılarda qeyd olunur ki, ““Həyatımda ilk dəfə Azərbaycana ayaq basdım” deməklə, əslində 2009-cu ildə erməni kanalına verdiyi “Qarabağ erməni torpağıdır” sözlərinin arxasındadır”.

Ermənipərəst yazarı Dağlıq Qarabağda erməni zülmünə uğramış insanlarla tanış olmağa dəvət edən Aqil Ələsgərin məqaləsində göstərir ki, “Nagehan Alçı Azərbaycan televiziyalarında ölkəmizə gələn o qədər lider arasında sadəcə Ərdoğanın göstərildiyindən narahat olub. Bir türk yazar öz prezidentinə başqa bir ölkədə göstərilən ehtiramdan niyə narahat olsun ki?”

A.Ələsgər Alçını iki ölkə arasında fitnə toxumu səpməməyə çağırıb və qeyd edib ki, Türkiyə prezidentinin təyyarəsində gəlib, ölkəmiz əleyhinə yazmağın ikili münasibətlər acısından arzuolunan hal deyil.

Yazılardan bəzilərinin linkləri:

www.odatv.com/nagehan-alcinin-bu-sozleri-azerbaycanda-nasil-yankilandi-1205161200.html

www.turkhaber.com.tc/azerbaycanli-yazardan-nagehan-alciya-cevab/

www.kafkassam.com/turkiye-azerbaycan-strateji-ortakligi-neden-hedef-secidi.html

http://terorungulenyuzu.com/azerbaycanli-yazardan-nagehan-alciya-agir-cevap-turkiye-azerbaycan-strateji-ortakligi-neden-hedef-secilib/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm