Paytaxtda temperatur enəcək - Hava Haqqında
Bizi izləyin

Qırmızı.az

Paytaxtda temperatur enəcək - Hava Haqqında

Bakıda və Abşeron yarımadasında günün birinci yarısınadək buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında günün birinci yarısınadək buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 3-5°, gündüz 8-13° isti, Bakıda gecə 3-5°, gündüz 11-13° isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, yağıntının gündüz tədricən kəsiləcəyi gözlənilir.

Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 13-18° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə qar yağacağı, gündüz havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 3-8°, gündüz 13-18° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 2-7°, gündüz 13-18° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, yağıntının gündüz tədricən kəsiləcəyi gözlənilir.

Temperatur gecə 3-5°, gündüz 13-17° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, 5-də arabir güclənən gilavar küləyi və ötən günlə müqayisədə temperaturun xeyli yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm