Nazir müavinin qardaşı aşağı vəzifəyə təyinat aldı
Bizi izləyin

Qırmızı.az

Nazir müavinin qardaşı aşağı vəzifəyə təyinat aldı

Azərbaycanda bir müddət əvvəl işdən çıxarılmış polis rəisi aşağı vəzifəyə təyinat alıb.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) sabiq rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov Nərimanov RPİ-də çalışacaq. O, yetkinlik yaşına çatmayanlar üzrə inspektor vəzifəsinə təyin edilib.

Xatırladaq ki, keçən il sentyabr ayında 12-ci PB-də ölüm hadisəsi baş verib. Bundan qısa müddət sonra Ü.Məmmədov rəis vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ü.Məmmədov iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun qardaşıdır. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm