Bakıda bu yol sürücüləri çaş-baş salır - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda bu yol sürücüləri çaş-baş salır - VİDEO

Bakıda, şəhərin mərkəzində küçələrdən birində qadağanedici nişanın olmaması sürücülər arasında çaşqınlığa səbəb olub. Nərimanov rayonu ərazisində Kazım Kazımzadə küçəsi ilə Firdovsi Məmmədov küçəsinin kəsişməsindən istiqamət göstərən heç bir nişan yoxdu. Bu isə həm sürücülər, həm də piyadalar üçün böyük təhlükə yaradır. Yəni bu küçəyə giriş qadağandır. Amma xəbərdaredici lövhə olmadığından sürücülər cərimə edilir.

Yolda, sürücülərə istiqamət göstərən heç bir nişan yoxdu. Küçənin əvvəlində nə düzünə sağa işarə, nədəki, aşağı qadağandır nişanı qoyulmayıb.

Söhbət Paytaxtın Nərimanov rayonu Kazım Kazımzadə küçəsi ilə Firdovsi Məmmədov küçəsinin kəsişməsindən gedir. Zoopark istiqamətindən Təbriz küçəsinə doğru hərəkət edən sürücülər Firdovsi Məmmədov küçəsinə doğru hərəkət edə bilməzlər. Əslində həmin küçəyə giriş qadağandır. Amma küçənin əvvəlində heç bir qadağanedici nişanın olmaması sürücülər arasında çaşqınlığa səbəb olur.

Maraqlıdır ki, Firdovsi Məmmədov küçəsinə qadağan edici nişan qoyulmadığı kimi heç sağa yəni Kazım Kazımov küçəsi ilə Təbriz küçəsinə doğru olan küçədə də heç bir naşan qoyulmayıb. Yalnız ərazidə bir nişan var ki, o da avtomobillərin park edilməsini qadağan edir.

Nəqliyyat eksperti Azər Allahverənovun sözlərinə görə ərazidə qadağanedici nişanın olmaması sürücülər və piyadalar üçün böyük bir təhlükədi. Xüsusən də gecə saatlarında.

İşin başqa bir tərəfi isə ərazidəki bir neçə təhlükəsiz şəhər kameralarının olmasıdı. Onda belə bir sual yaranır ki, nişan olmadığından haqlı olaraq yola girən sürücüyə cərimə tətbiq edilə bilərmi? Yəni sözü gedən ünvanda radara düşən sürücülər iddia qaldırıb həmin protokolu ləğv etdirə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm