Qırmızı.az
“İşığa gedən yolu”un işığa gedən yolu…
Sona Vəliyevanın milli mətbuatımızın qurucusu Həsən bəy Zərdabiyə həsr etdiyi kitab işıq üzü görüb…
Tanınmış şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın bugünlərdə yeni kitabı işıq üzü görüb – adında da, mahiyyətində də işıq olan yeni kitab “İşığa gedən yol” adlanır… Bundan öncəki əsərlərinin ( – elmi-publisistik baxımından, “Azərbaycançılıq mili ideologiya və ədəbi-estetik təlim kimi” (2012), “Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası” (2003) və poetika baxımından “Çəhrayı rəngli dünyam” (2007), “Arazbarı” (2011; bu kitab İstanbul, Təbriz və Kazanda da nəşr edilib) kitablarının) dil-üslub özəlliklərini, poetik ovqatını, milli-vətənpərvərlik yönünü bu yeni kitabında özünəməxsus şəkildə daha da universallaşdıran Sona xanım, bu dəfə məhz roman janrını seçib.
Roman 141 yaşlı Azərbaycan milli mətbuatının yaradıcısı (“Əkinçi”si!) Həsən bəy Zərdabinin yaşam və yaradıcılıq yoluna bədii güzgü tutur. Bu güzgüdə nələri görə bilirik? – Həsən bəy Zərdabinin keçdiyi ağırdan ağır yaşam, yaradıcılıq və maarifçilik yolunu – eniş-yoxuşu, daş-kəsəyi, kədəri-sevinci, umudu ilə… Adı ərəbcədən çevirmədə GÖZƏL anlamını verən, işi gözəl, özü gözəl, yolu gözəl bir bəyəfəndi klassikimizi sevgi, sayğı ilə anlatmaq, XXI yüzildən XIX yüzilə güzgü tutmaq, çağdaşımız olan bir xanıməfəndinin gözəldən gözəl işi kimi dəyərlərndirilə bilər.
Sona xanım bizi Zərdabinin yaşamında (1848-ci ildən 1906-cı ilə kimi) baş verən ən önəmli olaylara yaxından tanıqlığa çağırır. Bu çağırış o qədər səmimi, o qədər xəlqidir, biganə qalmaq mümkün deyil..! Roman bir aydının timsalında xalqın ədəbiyyat (ümumən mədəniyyət) keçmişinə işıq salır. Əlbəttə, söhbət irəliçi, maarifçi ədəbiyyatdan, mədəniyyətdən gedirsə, o keçmiş deyil, elə həm də, bugündür, gələcəkdir… Azərbaycan tarixinin olduqca təzadlı dönəminin, çar Rusiyası tərkibindəki illərin, araşdımaçı-yazarın özünəməxsus yazı üslubu ilə (bədii lövhələrlə) təsvir edilməsi, xalqımızın bugünü və gələcəyi haqqında düşüncələr hasil edir: oxucunu dövlət müstəqilliyinin qədir-qiyməti barədə idraka cəlb edir.
Nəfis kitab irihəcmli (768 səhifə) olsa da, bir nəfəsə oxumaq istəyirsən. – Birincisi, Sona xanımın (janrdan, məzmundan asılı olmayaraq) bütün kitablarından keçən vətənkeşlik xətti, necə deyərlər, şüurlu, peşəkar vətəndaşlıq təliminin bu yeni kitabı üçün də xarakterik olduğuna görə; ikincisi, Həsən bəy Zərdabi irsinə, yoluna sayğıya görə; üçüncüsü, şair-publisist kimi tanınan bir xanıməfəndinin qələmindən ədəbiyyatımızda yeni bir roman yarandığına (və bu romanın yaradıcı klassikimiz haqqında yaradıldığına!) görə…
ƏDƏBİYYAT – YAŞAMIN BƏDİİ İDRAKI
Əlbəttə, ədəbiyyat – insanşünaslıqdır; ədəbiyyat hər şeydən öncə istedada dayanmalıdır. – Hər insandan yazılan və hər yazılan ədəbiyyat faktına çevrilə bilməz..! Yazılan da, yazan da – kimin kimdən yazması, necə yazması həmişə önəmlidir. Bu anlamda, əgər ədəbiyyat insanşünaslığın keşiyində durmalı, insanlaq hal(lar)ını ümumiləşdirməlidirsə, Sona xanım Həsən bəy Zərdabinin timsalında və mövcud mətn-mündəricə ilə gərəkən işi görüb, janrın və mövzunun haqqını yerinə gətirib..!
İnsan, insanın dərdi, yaşamı məhz (yaxud daha çox) ədəbiyyatın
predimetidir. – Sona xanım məhz bunun fərqinə varıb, qələmini məhz
bu məqama kökləyib – mən onun yeni əsərindəki uğurunu bu amillə
bağlayardım. – Həsən bəy Zərdabinin hiss-həyacanını, yaşam
kredosunu bədii lövhələrlə yaxud başqa janrlarda, fərqli üslublarda
əks etdirmək cəhdləri daha öncələr də olmamış deyil, yəqin
gələcəkdə də belə cəhdlər olacaq. – Sona xanım özündən öncəki
Zərdabi yazarlarının sanki bütün gözəlliklərini bir qələmin ucuna
toplamağı bacarıb, ancaq öz əsərini yazıb, öz içini yazıb – demək
olar, bir Zərdabini görüb, bir də özünü… və özündən sonrakılara da,
“resept” verib…
Sona xanım “İşığa gedən yol”u məhz işığa gedən yoldur! – Bu roman
bütün incəlikləri ilə yanaşı, Sona xanımın Zərdabiyə mənəvi övlad
duyğularının tərcümanıdır; yazar ustalığının, sözə, mövzuya nəcib,
həssas yanaşmasının ifadəsidir. Sona xanım Zərdabiyi tanıyıb
tanıdır, onu kəşf edib, təqdim edir, onun öz çağdaşlarından fərqini
görüb, göstərir…
ROMANA SÖZ-SÖZ, CÜMLƏ-CÜMLƏ GƏLƏN YOL…
Artıq roman haqqında KİVlərdə informasiyalar, rəylər əks
olunmaqdadır və belə bir ümumi¬ləşmiş fikrə ortaq olmamaq mümükün
deyil ki, “… “İşığa gedən yol”un işığında yola çıxarkən özünü
Zərdabinin bir addımlığında hiss edirsən. Sanki onun sevincini də,
məyusluğunu da bölüşürsən. Bu da xanım yazarın təsvir
qabiliyyətinin gücündən xəbər verir.
Tarixi faktlar, müstəsna olaylar, ağrılı məqamlar yazarın qələminə
xas ustalıqla verilir. Romanda işıqlandırılan olaylar ilk dəfə
Azərbaycan oxucusuna belə sadə, bədii dillə və bütün əhatəliliyi
ilə təqdim olunur.
Romanı Sona Vəliyeva yaradıcılığını sevənlərlə yanaşı, tarixə,
mətbuata ilgisi olan hər kəsin oxumasında yarar var”.
***
Sona xanım bu romana söz-söz, misra-misra, şeir-şeir, vərəq-vərəq, mövzu-mövzu, kitab-kitab gəlib… Azərbaycan poeziyasında, ədəbiyyatında, publistikasında və elmində… ən önəmli məsələlərə öz zərif münasibətini sərgiləyən bir xanıməfəndi “İşığa gedən yol”u yazmalıydı… Onun öncəki yazılarını, kitablarını bir də göszdən keçirin – görəcəksiz ki, bu roman doğulmalıydı…
Vətən, xalq, həqiqət yolunda ömür qoyub gedən aydınların yaşamı, yolu naxış-naxış ilmələndikcə, yeni nəfəs qazandıqca, haqq dünyasında olan ÖMÜR YİYƏLƏRİnin ruhu şad olur, yeni nəsil oxucusu da, öyrənir, örnək alır…
“İşığa gedən yol” romanı qələm sahibinin daha geniş üfüqlərə,
deyərdim, üfüqötəsinə boylandığının və bu zaman məhz keçmişi
öyrənib-öyrədərək gələcəyə yol aldığının təsbitidir. Doğrudan da,
“İnsan xırda işlərlə məşğul olduqca, xırdalanır, böyük işlərlə
məşğul olduqca, (bəlkə) özü də hiss etmədən böyüyür”…
Sona xanımın ədəbiyyatın “ağır janr”ı sayılan romana müraciət
etməsi – məhz yaradıcılıq və həyatının indiki çağında müraciət
etməsi bir yandan, onun yüksək müşahidə və təhlil qabiliyyətini,
yaradıcılıq təxəyyülünün zənginliyini göstərir, digər yandan
məsuliyyət hissini şəkilləndirir.
Mirzə Fətəli, Hüseyn Cavid, Mirzə Cəlil, Sabir şəxsiyyət və
yaradıcılığına ad etdiyi yazıları, eləcə də, klassiklərin yadigarı
olan “Kaspi” qəzetini bərpa edib, ardıcıl çıxarması, xanım
Vəliyevanın milli ruha, milli düşüncəyə nə dərəcədə könül və ömür
verməsinin təsdiqidir. Bir xanım yazarın bu miqyasda işlərə zaman
(könül və ömür!) ayırması, onun iç dünyasının, qəlb vuruşunun,
könül çırpıntılarının, ömür yolunun göstərgəsidir, şəklidir…
Xanım yazar “İşığa gedən yol”da da öz ulu qəhrəmanının hiss-həyəcanını, sarsıntılarını, uğurlarını obrazlı şəkildə ifadə etməyi bacarıb və oxucuda dolğun təsəvvür yarada bilib.
***
Yaradıcılığının qayəsini vətənkeşlik, şüurlu və peşəkar
vətəndaşlıq (Bütov Azərbaycan, Böyük Turan sevgisi (həsərti!))
təşkil edən Sona xanımı “İŞIĞA GEDƏN YOL”u münasibəti ilə təbrik
edir, ona yeni yaradıcılıq uğurları diləyirik!
TƏBRİKLƏR, XANIMƏFƏNDİ!
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR