Təhsil Nazirliyi: “2” alan şagirdlərin sayında 30% azalma müşahidə edilir
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi: “2” alan şagirdlərin sayında 30% azalma müşahidə edilir

“2012-ci il ilə müqayisədə bütün fənlərdən müsbət qiymət alanların faiz göstəricisi 17 faiz artıb”.

Publika.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi və əhatəliliyi ilə bağlı təqdimatla çıxışı zamanı deyib.

E.Əmrullayev qeyd edib ki, son 3 ildə IX sinif buraxılış imtahanlarında bütün fənlərdən müsbət qiymət alan məzunların sayı 14615 (30 faiz) nəfər artıb.

“2012-ci ildə 50% şagird müsbət nəticə göstərmişdisə, bu il rəqəm 67.3 %-ə çatıb. İllər üzrə dinamikaya baxanda bu artımı müşahidə edirik. Bir fəndən “2” alan şagirdlərin sayında 30% azalma müşahidə edilir. Ən çox müzakirə olunan məsələ “2” alan şagirdlərlə bağlıdır. Bu məsələyə rəqəmlərlə aydınlıq gətirmək istərdik. Belə ki, 2013-cü ildə “Ana dili” 9-cu sinif üzrə 37693 şagird “2” almışdısa, bu il rəqəm 20000-ə düşüb”.

Onun sözlərinə görə, ölkə üzrə əksər rayonlarda müsbət dinamika müşahidə edilməklə yanaşı, ən yüksək dinamikaTəhsil Nazirliyinin pilot qaydada inkişaf tədbirləri keçirildiyi rayonlarda qeydə alınıb. Pilot rayonlarda orta hesabla 13 faiz, digər rayonlarda isə orta hesabla 1.6 faiz yaxşılaşma olduğunu deyən E.Əmrullayev ən yüksək müsbət dinamikanın Astara (22 faiz), Ağcabədi (16 faiz), Sabirabad (14 faiz), Masallı (11 faiz) və Cəlilabad (9 faiz) rayonlarında müşahidə edildiyini bildirib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm