Qırmızı.az
Səbuhi Rəhimlidən yanvarın 18-nə olan astroloji proqnoz
QOÇ - Hansısa xoşagəlməzliyi gözləməyə dəyməz. Ətrafınızda olan xeyirxah insanların dəstəyi nəticəsində nəzərdə tutduğunuz zirvələrə yaxınlaşa biləcəksiniz. Sevgidə kobudluq etməyin.
BUĞA - Hər hansı yeniliklə rastlaşacağınızı düşünməyin. Çünki ulduzların düzülüşü passiv bir təqvim yaşayacağınızı bildirir. Qarşıda qeyri-iş günü olduğu üçün görüşləri intensivləşdirin.
ƏKİZLƏR - Yaxşı olar ki, adi işlərlə məşğul olmaqla bu təqvimi başa vurasınız. Onsuz da işdə və ünsiyyətdə o qədər də səmərəli nəticələrə nail ola bilməyəcəksiniz. Uzaq səfərləri təxirə salın.
XƏRÇƏNG - Ümumi fon neqativ olsa da, çalışmalısınız ki, ixtiyarınızda olan bu tarixdə mənfi mənada heç nə baş verməsin. Tanrını başınız üstündə hiss edin, ziyarətgahlara baş çəkin.
ŞİR - Havaların şıltaqlığı hansısa ovqat düşkünlüyü yaratmayacaq. Əksinə, günün ümumi axarı ürəyinizcə olacaq. Qarşılıqlı münasibətlərdə obyektiv olmaqla uğur qazana bilərsiniz.
QIZ - İlk növbədə qarşılıqlı münasibətlərə fikir verin. Çünki ən zəif yeriniz davranışla bağlıdır. Əsəblərinizi qorumaqla gün ərzində müəyyən irəliləyişlərə nail ola bilərsiniz.
TƏRƏZİ - Maddi cəhətdən müəyyən irəliləyişlər mümkün olsa da, qarşılıqlı münasibətlərdə və fəaliyyət zəminində gərginlik gözlənilir. Odur ki, davranışlarınıza diqqət yetirməyə çalışın.
ƏQRƏB - Nə vaxtsa buraxdığınız səhvlər bu gün qarşınıza çıxa bilər. Belə məqamlarda özünüzü itirməkdənsə, hər addımda məsuliyyətli olmalısınız. Hər hansı dava-dalaşa ehtiyac yoxdur.
OXATAN - Qərar çıxararkən reallığı mütləq nəzərə alın. Elə etməyin ki, sonralar əziyyət çəkəsiniz. Dost bildiyiniz insanları müəyyən sınaqlara çəkin ki, onların sədaqət dərəcəsini biləsiniz.
OĞLAQ - Bürcünüzün sonuncu tam təqvimini yaşayacaqsınız. Bu səbəbdən də nəzərdə tutduğunuz planların icrasını sürətləndirin. Ələlxüsus da şəxsi büdcənizi artırmağa çalışmalısınız.
SUTÖKƏN - Sevinməyə dəyər. Çünki sabahdan Zodiakda hakim bürc olacaqsınız. Bu isə nəticə etibarilə bütün proseslərdə üstünlüyü sizə verəcək. Amma gərək səhhətinizə də fikir verəsiniz.
BALIQLAR - Nahara qədər əhəmiyyətsiz adamlardan uzaq olun. Cəfəng söhbətlərə vaxt itirməkdənsə daha əməli işlərdən yapışın. Özünüzü soyuqdan qorumağı tövsiyə edən ulduzlar axşama sürpriz hazırlayıb.
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri