Qırmızı.az
Həkimlər Lənkəranskini səhv salıb - TƏFSİLAT
İstanbulda qətlə yetirilən nüfuzlu qanuni oğru Rövşən
Lənkəranskinin xəstəxanadakı son anları haqda ilginc məlumatlar
meydana çıxıb
Politika.Az-ın özəl xəbərinə görə, Babək Həsənzadə adlı şəxs
"Facebook"da yaşadıqlarını yazıb.
Onun sözlərinə görə, xəbəri eşidən kimi xəstəxanaya gedib. Babək
xəstəxana rəhbərliyinə Rövşənin qohumu olduğunu söyləyib: “Mənə
bildirdilər ki, öncə polis əməkdaşlarıyla görüşməli olacam.
Rövşənin vəziyyəti haqda nə həkimə, nə polisə xəbər verilirdi. Xəstəxanaya olunan saysız-hesabsız zənglərə görə telefonlar 2-3 saatlığına bloklanmışdı.
Xarici görünüşüm bir az müasir tərzli olduğu üçün onun qohumu
olduğuna inandılar. Çətin bir prosesdən sonra həkim dedi ki, ciddi
bir həyati risk yoxdur. Sevincimi ifadə edə bilmirəm, tez xəbər
saldım ki, ölməyib.
Sonra dedilər ki, yanına girə bilərsiz. İçəri girəndə gördüm ki, həkimlər tanımadıqları üçün qarışdırıblar Rövşənlə yanında olan yaxınını səhv salıblar.
Ondan necə olduğunu soruşduqda halsız səslə “Kak brat?" (Qardaş
necədir?) deyə məndən soruşdu. Soyuqqanlılığımı itirməməyə çalışdım
və tez cavab verdim ki, narahat olma, o da yaxşıdır, amma başqa
xəstəxanadadır”.
B.Həsənzadə ordan çıxıb həkimlərə içəridə yatanın Rövşən
olmadığını, yanlış məlumat verildiyini deyib: “Orda çalışan bir
azərbaycanlı həkim bizə dedi ki, Rövşəni başqa xəstəxanaya
köçürüblər və yüksək ehtimalla artıq keçinib. O an dizlərimin bağı
çözüldü.
Ordakı azərbaycanlı həkimin köməkliyi ilə bir neçə insanla əlaqə
qurduq və nəhayət məlumat ala bildik ki, artıq cəsəd
ekspertizadadır. Birbaşa hamımız Yenibosnadakı Tibb Mərkəzinə
yollandıq.
Vəziyyət artıq daha da aydın idi. Bir-iki saat sonra cənazəylə bərabər ordan ayrılıb Zeynəbiyyə məscidinə getdik. Orada yuyulma və kəfənlənmə proseduru həyata keçiriləndən sonra cənazə namazı qılındı və doğma vətəninə yola saldıq igidimizi”
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO