Qırmızı.az
1068 nəfər kolleclərə qarşı çıxdı
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisələrində qeydiyyatı dünən başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Publika.az-a verilən məlumata görə, müsabiqə nəticəsində 152 boş yer qalıb. Lakin qeydiyyat prosesi bitdikdən sonra məlum olub ki, 1068 abituriyent qəbul olduğu orta ixtisas məktəbində qeydiyyatdan keçməyib. Beləliklə, boş qalan plan yerlərinin sayı ümumilikdə 1220-dir.
Tam orta təhsil bazasında müsabiqədə iştirak edən, lakin qəbul ola bilməyən abituriyentlərin sayı isə 11 minə yaxındır. Həmin abituriyentlər boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər.
Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə 1 sentyabr saat 10:00-dan 4 sentyabr saat 23:59‑dək ixtisas seçimi aparılacaq.
İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2016-cı ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.
Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar. Kolleclərin boş qalan plan yerlərinin siyahısı sentyabrın 1-də “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq.
-
Yaxın Şərq12:40Çindən İrana həlledici zəng: Bunu etməlisiniz!
-
Dünya11:52Qətliam törədən yeniyetmələri birləşdirən ŞOK DETAL - Hər ikisi...
-
Hadisə10:33Bu yolda qaya uçdu: Hərəkət dayandı
-
Hadisə09:45Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
-
MDB09:13Rusiya ordusunda qalmaqal və arvad xəyanəti: Məşhur pilot intihar edib?
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
































