BSU-nun keçmiş rəhbəri yeni rektorun ittihamlarına CAVAB VERDİ: “Ölü can”...”
Bizi izləyin

Qırmızı.az

BSU-nun keçmiş rəhbəri yeni rektorun ittihamlarına CAVAB VERDİ: “Ölü can”...”

“Bizim universitetimizdə “ölü can” olmayıb. Çünki Bakı Slavyan Universiteti çox da böyük universitet deyil. Kim işləyirsə, hamısı da işinin başında olub. Kadrlar şöbəsi də hər gün davamiyyəti yoxlayıb, mütəmadi olaraq rektorluğu məlumatlandırıb. Heç vaxt “ölü canlar” barədə rektorluğa məlumat verilməyib. Bütün əməkdaşlarımız vaxtlı-vaxtında işə gəliblər. Əmək intizamını pozanlara qarşı inzibati tədbirlər görülüb”.

Bunu Publika.az-a açıqlamasında Bakı Slavyan Universitetinin keçmiş rektoru Asif Hacıyev yeni rektor Nurlana Əliyevanın universitetdə 110 “ölü can” olması ilə bağlı iddialarına cavab verərkən deyib.

Məhz bu məsələlərə görə mühasib və kadrlar şöbəsinin müdirini işdən azad edilməsinə gəldikdə, keçmiş rektor bundan xəbərsiz olduğunu dedi: “Lakin kadr dəyişikliyi normaldır.Yeni rektorun öz baxışı, öz tələbləri var. Hər bir yeni rəhbərliyin kadr dəyişikliyi aparmağı təbii prosesdir. Nurlana xanımın kadr dəyişikliyi səbəblərindən xəbərim yoxdur”.

O, yeni rektorun ali məktəbin müxtəlif dövlət qurumlarına 300 min manatdan çox borcunun olmasına da aydınlıq gətirib: “Adətən bunlar təhsil haqqının yığılması ilə bağlı olur. Bəzi tələbələrin maddi durumu nəzərə alınaraq onlara müəyyən güzəşt edilib, vaxt verilib. Bundan başqa, ötən il qəbulda da universitetin müəyyən kəsri var idi. Bu borclar həmin təşkilatlarla razılaşdırılır, bir müddət sonra ödənilir”.

A.Haciyev yeni rektorun Bakı Slavyan Universitetinin sadəcə adının qalması və ən gözəl mütəxəssislərin hamısının bu təhsil ocağını tərk etməsi barədə iddialarına gəldikdə, bununla razılaşmadığını deyib: “Ölkəmizə gələn mötəbər qonaqlar dəfələrlə Bakı Slavyan Universitetində olub. İstər yerli, istərsə də xarici qonaqlar hər dəfə universitetdən xoş təəssüratla ayrılıblar. Bu təhsil ocağının sadəcə adının qalması doğru yanaşma deyil. Çünki bizim universitetimiz hər zaman tələbə və müəllim heyətinin yüksək keyfiyyəti ilə seçilib. Universitetdə beynəlxalq səviyyədə tanınmış mütəxəssislər çalışır. Tələbə və müəllimlərimizin həm elmi, həm də təhsil sahəsində bir çox uğurlarımız var”.

A.Hacıyen N.Əliyevanın universitetdə istilik sisteminin olmaması, kanalizasiyanın zirzəmiyə tökülməsi və universitetin maddi-texniki bazasında bir çox problemlərin olması ilə bağlı fikirlərinə də aydınlıq gətirib:

“Universitetdə istilik sistemi olub, sadəcə mərkəzləşmiş sistemə qoşulmuşdu, daxili qazanxana yox idi. Kanalizasiya zirzəmiyə tökülmürdü, amma universitetdə müəyyən qədər nəmlik olurdu. Təhsil ocağının maddi-texniki bazasını daim imkanlar daxilində təkmilləşdirməyə çalışılıb. Lakin maddi texniki baza daim təkmilləşməlidir. Ona görə də daim yenilənməyə ehtiyac var. Biz də buna çalışmışıq”.

Qeyd edək ki, BSU-nun yeni rektoru Nurlana Əliyeva bu fikirləri qafqazinfo.az saytına müsabihəsində deyib. O bildirib ki, Bakı Slavyan Universitetində bu gün 110 nəfər “ölü can” yaşayır. “Universitetdə bu gün şişirdilmiş elə ştat cədvəli var ki, adam baxanda başının tükləri ayağa durur”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm