İranın Azərbaycandakı səfiri mətbuatla vidalaşdı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İranın Azərbaycandakı səfiri mətbuatla vidalaşdı - FOTOLAR

Bu gün Mətbuat Şurasında İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibəti ilə görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə səfir Möhsün Pakayinlə yanaşı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Şuranın İdarə Heyətinin üzvləri, aparıcı KİV rəhbərləri və səfirlik əməkdaşları iştirak ediblər.

Görüşdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov diplomatı salamlayaraq ona gələcək fəaliyyətində uğurlar arzu edib. Ə.Amaşov deyib ki, Azərbaycan Mətbuat Şurası media ilə hakimiyyət arasında “körpü” rolunu oynayır: “Bu gün Azərbaycanda 40-a yaxın qəzet çap olunur, 15-ə yaxın regional televiziya və radio yayımlanır. Azərbaycanda media tam azaddır. Ölkədə hər həftə xəbər portalı yaradılır. Bütün bunlar Azərbaycan mediasının vəziyyətini sübut edən göstəricilərdir”.

İranla Azərbaycan arasında yaxşı dostluq və qonşuluq münasibətlərinin olduğunu vurğulayan Ə.Amaşov qeyd edib ki, İran Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir:

“Bu gün İranla Azərbaycan arasında bərabər hüquqlu dostluq və qonşuluq münasibətləri vardır. İranla Azərbaycan arasında yüksək səviyyəli əlaqələrin qurulması ulu öndər Heydər Əliyevin hakimiyyəti dövrünə düşür. Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə bu əlaqələr daha da inkişaf etdirilməyə başlayıb. İndi İranla Azərbaycan arasında iqtisadi, mədəni, beynəlxalq və digər sahələrdə yaxşı əməkdaşlıq mövcuddur. Azərbaycan və İran mediası arasında bu gün mövcud olan yüksək münasibətlərin qurulmasında səfir kimi cəab Möhsün Pakayinin böyük rolu vardır. Biz istəyirik ki, bu münasibətlər sizdən sonra da uğurla davam etsin. Bunun üçün İran və Azərbaycan media nümayəndələri üçün sərhədyanı bölgələrdə və paytaxtlarda, böyük şəhərlərdə birgə konfranslar keçirilməsi də vacib olardı. Bunun üçün biz lazımı addımları atmağa hazırıq. Bundan əlavə, Azərbaycan və İran jurnalistlərinin qarşılıqlı təcrübə mübadiləsinin təşkil olunması vacib rol oynayardı. Bunun üçün biz payızda Azərbaycan və İran jurnalistləri arasında futbol oyunları təşkil etməyi düşünürük. Bu oyunlardan biri Azərbaycanda, digəri isə İranda olacaq”.

Daha sonra Ə.Amaşov səfir Möhsün Pakayinə Azərbaycan və İran mediası arasında yaxşı əməkdaşlığın qurulması üçün göstərdiyi xidmətlərinə görə Mətbuat Şurasının Fəxri Diplomunu hədiyyə edib.

Öz növbəsində səfir Möhsün Pakayin sözügedən diploma görə Mətbuat Şurasına təşəkkür edərək bildirib ki, bu gün iki ölkənin bütün sahələri üzrə yüksək əməkdaşlıq mövcuddur:

“Belə əməkdaşlıqdan birini də iki ölkənin mediası arasında söyləmək olar. Bu gün dünyada siyasi diplomatiya ilə yanaşı, media diplomatiyası da mühüm əhəmiyyət kəsb edir. İndi media dünyada sülhün bərqərar olması üçün əvəzsiz rola malikdir. Xoşbəxtlikdən Azərbaycan və İran arasında çox yaxşı dostluq münasibətləri var. Təbii ki, bu münasibətlərin qurulmasında medianın da rolu böyükdür. Mən səfir işlədiyim müddətdə çalışmışam ki, media ilə sıx əlaqə qurum. Mən Azərbaycana yeni gələndə burada “üçüncü” ölkələrin nəzarətində olan media qurumları var idi. Həmin media qurumları İran-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışırdı. Bu media orqanları işğlçı ölkələrin tapşırıqları ilə hərəkət edirdi. Ancaq mən Azərbaycana səfir təyin olunandan sonra iki ölkənin dostluğuna xələl gətirmək istəyən məlumtların artmaması üçün gerçək vəziyyəti ortaya qoydum və media ilə sıx əməkdaşlıq etdim. Fəaliyyətim dövründə 10-dan çocx media təmsilçinin İrana səfəri təşkil olunub. Bu əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. Əgər İran ilə Azərbaycan arasında nəqliyyat dəhlizi və ticarət əlaqələri qurulursa, bunun baş tutmasında medianın rolu vardır. Medianın təbliğatı və iradəsi olmasaydı, bunlar baş tutmaya da bilərdi. Azərbaycan mediasının İranın sülhməqsədli nüvə fəaliyyəti ilə bağlı mövqeyi bizi qane edir. Bu gün İran da Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İran da Azərbaycan kimi regionda sülhün və təhlükəsizliin təmin olunmasında əzmkarlıq nümayiş etdirir. Hesab edirəm ki, ölkələrimiz arasındakı bu nümunə digər ölkıılr üçün də örnək olmalıdır. Bu gün Azərbaycan və İranın bir sıra media orqanlarının ölklərimizdə nümayəndəlikləri fəaliyyət göstərir. Bu əməkdaşlığı daha da genişləndirmək lazımdır”.

“Yeni Müsavat” qəzetnin baş redaktoru Rauf Arifoğlu qeyd edib ki, İran-Azərbaycan münasibətlərinin inkişafında Möhsün Pakayinin böyük xidmətləri var: “Buna görə cənab səfir, mən sizə təşəkkür edirəm. Siz bizim redaksiyamızda da olmusunuz və mətbuata açıq diplomat kimi tanınmısınız. Ümumiyyətlə, İranla Azərbaycanın maraqları üst-üstə düşür, bu gün milyonlarla soydaşımız İranda yaşayır, oranın idarə olunmasında iştirak edir. Bu, bizim üçün qürur mənbəyidir. İnanıram ki, İran-Azərbaycan dostluğu bundan sonra da davam edəcək”.

Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin diplomatik missiyasının müddəti başa çatır. Onu bu vəzifədə İran parlamentinin Urmiyadan olan keçmiş deputatı Cavad Cahangirzadə əvəz edəcək. C.Cahangirzadə İran İslam Respublikası İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü olub.

Onu da bildirək ki, M.Pakayin 2012-ci ilin oktyabr ayından İranın Azərbaycandakı səfiri vəzifəsində çalışır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm