Lənkəranskinin yanındakı sürücü DANIŞDI - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Lənkəranskinin yanındakı sürücü DANIŞDI - FOTOLAR

“Mən həbs olunmamışam və Azərbaycan mətbuatının barəmdə yaydığı məlumat tamamilə səhvdir”.

Bunu kriminal avtoritet Rövşən Lənkəranskinin qətlə yetirildiyi avtomobili idarə edən iş adamı Tahir C. deyib.

Türkiyədən redaksiyamızla telefon əlaqəsi saxlayan Tahir C. bildirib ki, qətllə bağlı istintaq davam edir və mətbuat yanlış xəbər verməklə istintaqı çaşdırır: “Xahiş edirəm ki, media dəqiqləşdirilməmiş informasiya yaymasın.

Mən azadlıqdayam və hadisə ilə bağlı istintaqı çaşdıran xəbərlər tirajlanır. Azərbaycan prezidentinə və Milli Məclisə də müraciət edəcəyəm, mətbuat bu məsələdə xəbər siyasətinə nəzarət olunsun. Bütün mediadan ricam var ki, məsələyə həssaslıqla yanaşsınlar”. (Politika.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm