Qırmızı.az
Lənkəranlıları zəhərləyən SƏBƏB TAPILDI
Səhiyyə Nazirliyi tərəfindən Lənkəranın Daştatük kəndində 56 nəfərin zəhərlənməsinin səbəbi öyrənilib.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Publika.az-a bildirib ki, analizlərin nəticəsi təxmin edildiyi kimi olub.
Əhalinin kütləvi zəhərlənməsinə səbəb içməli suyun tərkibindəki salmonella bakteriyaları olub: "Kənddə su kimi istifadə edilən bulağa əlavə su xətti birləşdirilib. Həm bulağa qoşulan ikinci bulağın suyunda, həm də qusuntu nümunələrində salmonella bakteriyaları aşkarlanıb. Kənddəki birinci bulaqda heç bir bakteriya aşkarlanmayıb. Əsas səbəb qoşulan ikinci bulaqdır. Zəhərlənmələr aşkar edilən vaxtdan sudan istifadə məhdudlaşdırılmışdı. Su boruları dezinfeksiya ediləndən sonra əhali köhnə bulaqdan istifadə edə bilər, lakin ikinci bulaqdan istifadə tamamilə qadağan edilib".
Qeyd edək ki, bir neçə gün əvvəl içməli sudan istifadə edəndən sonra kəndin 56 nəfər sakini zəhərlənmişdi. Onların əksəriyyəti 3-12 yaşlı uşaqlar idi.
Gülxar
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi
-
Magazin22 Yanvar 21:12
Türkiyənin məşhur müğənnisi VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 20:34
Xanımından Azərlə bağlı paylaşım - FOTO