Qırmızı.az
DYP Bakı-Quba yolunun bağlanması haqqında məlumat yaydı
DİN Baş Dövlət Yol Polisi İdarəsi 17-18 sentyabr 2016-cı il tarixlərində Bakı-Quba avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti məhdudlaşdırılması barədə məlumat yayıb.
İdarədən Publika.az-a verilən məlumata görə, Bakı-Quba avtomobil yolunun 11-ci km-də yerüstü piyada keçidinin inşası ilə əlaqədar olaraq sentyabrın 17-də saat 12:00-dan həmin yolun 12-ci km-dəki Masazır dairəsindən paytaxt istiqamətinə gedən hissəsi, sentyabrın 18-də saat 7:00-dan isə hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti gecə saatlarınadək müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Sürücülər 17 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri istiqamətinə, eləcə də 18 sentyabr 2016-cı il tarixdə hər iki istiqamətdə hərəkət etmək üçün alternativ yol olaraq Bakı-Quba yolunun 10-cu km-dən (Xırdalan–Binəqədi şossesinin başlanğıcı), əks istiqamətdə isə Bakı-Quba yolunun 12-ci (Masazır dairəsi) və ya 16-cı km-dən Xırdalan şəhərinə daxil olmaqla hərəkətlərinə davam edə bilərlər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR