Sabaha olan HAVA PROQNOZU
Bizi izləyin

Qırmızı.az

Sabaha olan HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında sabah şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumatda bildirilib ki, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20, gündüz 24-26 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 85-95 faiz, gündüz 55-65 faiz təşkil edəcək.

Bölgələrdə əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 24-29 dərəcə isti olacaq, dağlarda gecə 5-10 isti, gündüz 13-18 dərəcə olacağı gözlənilir.

Xatırladaq ki,sentyabrın 18-19-da isə meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm