Qırmızı.az
Bütün avtobuslar kart sisteminə keçir: DƏQİQ TARİX
“Bakı şəhərində bütün daşıyıcılar kartla ödəniş sisteminə keçəcək. Artıq bu işlərin tam başa çatması ilə bağlı vaxt da müəyyən edilib”.
Bunu Publika.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
Onun sözlərinə görə, növbəti 18 ay ərzində bu işlərin başa çatdırılması gözlənilir: “165 marşrut xətti və 2010 avtobusun 70-80%-də növbəti bir il yarım müddətində nağdsız ödəniş tətbiq ediləcək”.
N.Allahyarova bildirib ki, kartla ödəniş sistemi dayanacaqdan kənarda saxlamaq, sürət həddinin aşılması, hər addım başı saxlamaq kimi problemləri həll edəcək: “Çünki hazırkı durumda sürücülər planla işlədiyinə görə bu hallara yol verirlər. Kart sisteminə keçəndən sonra bu problemlər öz həllini tapacaq”.
Qeyd edək ki, hazırda “Baku Bus” avtobusları ilə yanaşı, 61, 65, 85, 79, 96 və 18 nömrəli marşrut xətlərində kartla ödəniş sistemi tətbiq edilir.
Gülxar
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?