Azərbaycan yeni təyyarələr alacaq
Bizi izləyin

Qırmızı.az

Azərbaycan yeni təyyarələr alacaq

Bu, AZAL-a daha uzaq məsafələrə, xüsusilə Cənubi və Şimali Amerika, Cənub-Şərqi Asiya və digər regionlara uçuşlara başlamağa imkan verəcək

"Azərbaycan Hava Yolları" QSC (AZAL) ilkin ehtimala görə ilk "Boeing-787 Dremliner" təyyarəsini 2014-cü ilin yayında əldə edəcək.

Bunu Trend-ə AZAL-dakı mənbə deyib.

AZAL daha əvvəl 2 "Boeing-787 Dreamliner" təyyarəsinin alınması üçün sifariş vermişdi.

Mənbə qeyd edib ki, AZAL ilk "Boeing-787 Dreamliner" təyyarəsini cari ilin iyun-iyul aylarında əldə edəcək: "Bu markadan olan ikinci təyyarənin əldə edilməsi 2014-cü ilin noyabrında gözlənilir".

Bu, AZAL-a daha uzaq məsafələrə, xüsusilə Cənubi və Şimali Amerika, Cənub-Şərqi Asiya və digər regionlara uçuşlara başlamağa imkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm