Ağdamın İcra başçısı: “Erməni kəşfiyyatı bizi izləyir”
Bizi izləyin

Qırmızı.az

Ağdamın İcra başçısı: “Erməni kəşfiyyatı bizi izləyir”

Ağdamın İcra başçısı: “Erməni kəşfiyyatı bizi izləyir”

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov “QAİ Şahin”ə qumarda 50 min manat pul uduzması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

N.Sadıqov publika.az-a açıqlamasında belə bir adam tanımadığını deyib: “Bu məlumatlar tamamilə yalan, cəfəngiyat və təxribat məqsədi daşıyır. Mən ümumiyyətlə, “QAİ Şahin” adında adam tanımıram. Kim nə yazırsa, yazsın, əgər bizim əleyhimizə nə isə pis yazırlarsa, deməli, o adamlar Azərbaycana düşmənçilik edirlər. Erməni kəşfiyyatı hər zaman işləyir, bizi izləyir. Bu cür məlumatları görüb deyəcəklər ki, burada bir icra başçısı var, avaranın biridir. Belə şey etmək olmaz, bu təxribatdır. Vallah, mən “QAİ Şahin” adında adam tanımıram”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm