Qırmızı.az
Gediş haqlarının ödənilməsində YENİLİK
Paytaxtın ödəniş terminallarında nəqliyyatda gediş haqqı üçün kartların ("Yolkart") balansını artırmaq mümkün olacaq.
Bu məlumatı Trend-ə "Komtec" (MilliÖN ödəmə sisteminin quraşdırılması və servis dəstəyi üzrə texniki mərkəz) və eManat özünəxidmət terminalları şəbəkəsinin məxsus olduğu "Modenis" şirkətindən təsdiqləyiblər.
"Modenis" şirkətindən Trend-ə bildiriblər ki, nəqliyyat kartlarının balansını artırmağın yeni üsulu ilin sonunadək əlçatan olacaq. "Yolkart"ın balansının artırılması xidmətinin açılması "Komtec" şirkətinin də perspektiv planlarına daxildir.
Nəqliyyat kartlarının yüklənməsi üçün hərəkətlərin ardıcıllığı su və qaz sayğacları üçün smart-kartlara balans doldurulması proseduruna analoji olacaq.
"Yolkart" nəqliyyat kartları "Bank of Azerbaijan"ın "MasterCard" bazasında buraxılır. Nəqliyyat kartının qiyməti 3 manatdır, ondan 2 manatı sığorta depozitidir, 1 manat isə balansa yüklənilir. Karta eyni zamanda ən azı 1 manat yükləmək mümkündür. Hesablama qurğusu - validatorlar təqribən 1000 avtobusda quraşdırılıb. Sistemin yayılması prosesi 2014-cü ilin sonunda başa çatacaq. Bundan başqa, daha 500 validator quraşdırılacaq.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO