Qırmızı.az
Azərbaycanda hər bölgənin öz atlası olacaq
Azərbaycanda hər bir bölgə üçün atlas hazırlana bilər. Bunu Trend-ə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri, akademik Qərib Məmmədov bildirib.
Komitə sədrinin sözlərinə görə, Azərbaycanda bölgələr üzrə atlasların hazırlanması üçün kifayət qədər imkan var: "Bizdə Azərbaycan və ingilis dillərində "Ekoturizm potensialı" adlı 2 cilddən ibarət fundamental əsərlər var. Orada bölgələr də işıqlandırılır. Lakin konkret hər bölgə üçün də atlas hazırlana bilər. Burada heç bir problem yoxdur. Bunun üçün əlimizdə kifayət qədər material var".
Q.Məmmədov qeyd edib ki, hazırda Azərbaycanın turizm və nəqliyyat atlasları var. Artıq Milli Atlas da hazırlanıb və bu yaxınlarda işıq üzü görəcək. Milli Atlasın işıq üzü görməsi isə digər atlasların hazırlanmasına zəmin yaradacaq: "Bizim fikrimiz var ki, Milli Atlas işıq üzü görəndən sonra bir çox atlaslar hazırlayaq. Məsələn, ayrı-ayrı zonalar üzrə turizm, fövqəladə hallar, təbii ehtiyatların ayrı-ayrı sahələrini əhatə edən atlaslar buraxılacaq".
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO