Qırmızı.az
Azad Rəhimov: "Böyük nöqsanımız yoxdur"
Gənclər və idman naziri Azad Rəhimov nazirlikdə korrupsiya faktlarının aşkar olunması ilə bağlı mediada yayılan xəbərlərə münasibət bildirib.
Publika.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında nazir bu məlumatın yalnış olduğunu qeyd edib: “Hesablama Palatası son illər ərzində hər il bizim nazirliyi və digərlərini yoxlayır. Nəticədə Milli Məclisə öz təhlilini təqdim edir. Sonuncu təqdimatla tanış olmuşuq. Böyük nöqsanlar olmadan kiçikləri aradan qaldırılıb. Normal yoxlama keçib”.
Nazir mətbuatda gedən məlumatın səhv olduğunu söyləyib: “Niyəsə bəzi saytlarda yazılıb ki, Daşkəsən rayonunda təyinat dəyişikliyi olub. Xoşbulaq adlanan ərazidə olimpiya idman kompleksinin təməl qoyulub. Lakin həmin ərazi şəhər mərkəzindən uzaqda yerləşir, ona görə də prezientin təklifi ilə orada Gənclər Mərkəzi tikilib və istifadəyə verilib. Digər komplekslər də fəaliyyətdədir".
Azad Rəhimov əlavə edib ki, bəzən tikinti şirkətləri səhvə yol versə də, bu aradan qaldırılır: “Amma biz çalışırıq ki, onu da aradan qaldıraq. Ayrılan maliyyədən 5% faizi zəmanət kimi saxlanır. Əgər hər hansı nöqsan olarsa, həmin vəsaitlər nöqsanı aradan qaldıraq”.
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO