Qırmızı.az
Bakıda daha bir körpə ölümü (TƏFƏRRÜAT)
Bakıda daha bir körpə ölümü baş verib.
ANS PRESS-in məlumatına görə, dünən Salyan rayonundan Respublika
Perinatal Mərkəzinə gətirilən 1977-ci il təvəllüdlü Təranə Əmirova
Əmirağa qızının bətnindəki körpə bu gün səhər saatlarında tələf
olub.
Xəstənin yaxınları ANS PRESS-ə açıqlamalarında uşağın ölümünə
həkim laqeyidliyinin səbəb olduğunu deyiblər. 37 yaşlı Təranənin
qaynı Ramin Dəmirli ANS PRESS-ə açıqlamasında, xəstəxananın
həkimlərinin xəstəyə laqeyd yanaşdıqlarını dedi: "Gəlinin vəziyyəti
yaxşı olmadığından Salyan Şəhər Xəstəxanasından göndərişlə Bakıya -
Perinatal Mərkəzə gətirdik. Əvvəlcə qəbul şöbəsində Lalə həkim
xəstəni qəbul etmək istəmədi. Dedi ki, əvvəla bizdən soruşmadan
sizi nahaq bura göndəriblər. İkincisi də xəstənizin vəziyyəti elə
də pis deyil, evə apara bilərsiz. Biz təkidlə xəstəxanaya
yerləşdirilməsini tələb etdikdən sonra Təranəni palataya
yerləşdirdilər. Təranəni qəbul şöbəsində adi müayinə etdilər və
ciddi bir probleminin olmadığını bildirdilər. Hətta bir daha bizə
məsləhət gördülər ki, rayona geri qaytarsanız daha yaxşıdır. Biz
onlara qulaq asmadıq və Təranəni xəstəxanada qoyub rayona getdik.
Bu səhər tezdən o bizə zəng vurub xəbər verdi ki, qarnındakı
körpənin ürək döyüntüləri dayanıb. Həkimlər də ona körpənin artıq
öldüyünü deyiblər".
Xəstəxana ilə əlaqə saxladıqda isə məlum oldu ki. T. Əmirovanın
vəziyyəti ağır olduğundan patoloji şöbəyə köçürülüb. Körpəsini
itirən Təranə Əmirova ANS PRESS-ə bildirib ki, şöbənin həkimi Aynur
Kasiyeva ona sistem köçürüb. Gecə və bu gün səhər saatlarında isə
ana uşağın bətnində hərəkət etmədiyini bildirib və həkimlərə
müraciət edib. Yoxlanış keçirildikdən sonra uşağın ürək
döyüntülərinin olmadığı bildirilib. Təranə Əmirova özü də
həkimlərin ona laqeyid yanaşdığını deyib və 7 aylıq körpəsinin
ölümündə həkimləri günahlandırıb.
Perinatal Mərkəzin Patoloji şöbəsinin həkimi Aynur Kasiyeva körpənin ana bətnində tələf olmasını genetik problemlərlə əlaqələndirdi və heç bir günahlarının olmadığını qeyd edib: "Xəstə artıq doğuş şöbəsinə köçürülüb. Tələf olmuş körpə ananın bətnindən süni doğuşla və ya qeysəyirə əməliyyatı ilə götürüləcək".
-
Kriminal24 May 23:37
9-cu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir? - DİN-dən açıqlama
-
Magazin124 May 23:13
Ağamirzədən Balaəlinin qalmaqallı fikrinə REAKSİYA
-
Nida Xəbər 24 May 23:00
Paşinyan açıqladı: Bu gündən etibarən....
-
Elm və təhsil24 May 22:00
Bağçalara sənəd qəbulu müvəqqəti dayandırılır - SƏBƏB
-
Magazin124 May 21:20
Bu sual Əməkdar artisti efirdə göz yaşına boğdu - VİDEO
-
Sosial24 May 21:10
Sərvər Ərdoğanla görüşündən danışdı - VİDEO
-
İdman24 May 21:00
Salah tanınmaz halda: imicini dəyişdi – FOTO
-
Magazin124 May 18:48
İlhamə Quliyevanın oğlu itkin düşdü