Qırmızı.az
Moskvada kütləvi dava: azərbaycanlı öldürüldü
Polislər “Tabak” mağazasına hücum edən digər dələduzları axtarır
Ötən gün Rusiyada Azərbaycan vətəndaşı qətlə yetirilib. AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, cinayət Moskvada yerləşən “Tabak” adlı mağazada törədilib.
Moskvanın Bryansk küçəsində yerləşən mağazaya hücum edən 8
azərbaycanlı 49 yaşlı İ. Zeynalovu güllələyib. Onlar öz
həmyerlilərini döş nahiyəsindən iki dəfə yaralayıblar, lakin o
müqavimət göstərməyə davam edib. Güllələri bitən dələduzlar
bıçaqdan istifadə etməyə başlayıb. Zeynalov onlara bıçaqla hücum
edən zaman təsadüfən mağazada satıcı işləyən bacısı oğlu Abbasov
R-i yaralayıb. Bundan dərhal sonra hücum edən şəxslər “VAZ – 21144”
markalı avtomobilə minərək hadisə yerindən qaçıblar.
Abbasov yaralı halda xəstəxanaya çatdırılsa da, Zeynalov təcili
tibbi yardım maşınında keçinib.
Rusiya polisləri “VAZ-21144” markalı avtomobili saxlaya bilib.
Avtomobili 23 yaşı azərbaycanlı O. Əliyev idarə edib.
Hazırda Rusiya hüquq-mühafizə orqanları əməkdaşları “Tabak”
mağazasına hücum edən digər şəxsləri axtarır.
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi