Qırmızı.az
Azərbaycan və Yaponiya hökumətlərarası saziş imzalayacaq
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN)
Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Takao
Makinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş
keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşdə
ölkələrimiz arasındakı əlaqələrdən söz açan rabitə və yüksək
texnologiyalar naziri Əli Abbasov ikitərəfli əməkdaşlığın daha da
dərinləşməsinə olan qarşılıqlı marağın Azərbaycan-Yaponiya
münasibətlərinin genişlənməsi üçün əlverişli zəmin yaratdığını,
Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya məlum səfərinin
ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf
etdirilməsinə güclü təkan verdiyini, qarşılıqlı əlaqələrin
inkişafında müsbət dinamikanın davam etdiyini bildirib.
Azərbaycan-Yaponiya münasibətlərində İKT, yüksək texnologiyalar
sahəsinin daha da inkişaf etdirilməsi, genişləndirilməsi üçün yeni
imkanların yarandığını da deyən nazir ötən ilin dekabrında
Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfərini, səfər
çərçivəsində Yaponiya Aerokosmik Tədqiqat Agentliyi, "Mitsubishi",
"TEPIA" - Yüksək Texnologiyalar Mərkəzi və digər aparıcı
şirkətlərin rəhbərləri ilə keçirilən uğurlu görüşləri
xatırladıb.
Azərbaycanın iqtisadi inkişaf planlarında iqtisadiyyatın
diversifikasiyası baxımımdan İKT, xüsusən yüksək texnologiyalar
sahəsinə geniş yer ayrıldığını deyən nazir liberal bazar
iqtisadiyyatının təmin olunması istiqamətində hökumətin atdığı
addımlardan, o cümlədən yaradılan cəlbedici, azad, əlverişli biznes
mühiti, xarici investorların cəlbi üçün imkanların
genişləndirilməsindən söz açıb. Belə bir mühitdə digər ölkələr
kimi, Yaponiya şirkətlərinin də ölkəmizdə fəaliyyətini
genişləndirməkdə maraqlı olduqlarını vurğulayan nazir ölkələrimiz
arasında əməkdaşlığın genişləndirilməsi üçün kosmik texnologiyalar,
nanotexnologiyalar və mikroelektronika, rəqəmli infrastrukturun
yaradılması kimi üç əsas istiqamətə diqqət verildiyini qeyd
edib.
Əlaqələrin intensivləşməsində qarşılıqlı səfərlərin önəminə diqqət
çəkən T.Makino da İKT, yüksək texnologiyalar istiqamətləri üzrə
Azərbaycan-Yaponiya münasibətlərinin növbəti inkişaf mərhələsinə
qədəm qoymasında Azərbaycan nümayəndə heyətinin Yaponiyaya
səfərinin müsbət rolu olduğunu vurğulayıb. Yeni yaranmış RYTN-i
ölkənin yüksək texnologiyalar sahəsi üzrə gələcək hədəflərinin
göstəricisi kimi dəyərləndirən qonaq yapon şirkətlərinin
Azərbaycanda yüksək texnologiyalar sahəsi üzrə fəaliyyətə
göstərdikləri marağı təqdirəlayiq qiymətləndirib.
Hökumətlərarası sazişin bağlanması üzrə işçi qrupu səviyyəsində
aparılan hazırlıq işlərinə də toxunan Yaponiya xarici işlər
nazirinin parlament üzrə müavini gələcək əməkdaşlıq
istiqamətlərinin müəyyənləşdirilməsi və inkişafı üçün böyük
perspektivlərin olduğunu qeyd edib. İKT və yüksək texnologiyalar
sahəsi üzrə Azərbaycanın böyük layihələrində yapon şirkətlərinin
iştirakının sevindirici hal olduğunu da nəzərə çatdıran T.Makino
qarşılıqlı əlaqələrin daha da güclənəcəyinə əminliyini
bildirib.
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO