Həbsxana partladı: 100 məhbus xəsarət aldı
Bizi izləyin

Qırmızı.az

Həbsxana partladı: 100 məhbus xəsarət aldı

Bu gün ABŞ-da həbsxanada partlayış baş verib. CNN-in yaydığı məlumatda Florida ştatının Eskambiya vilayətində baş verən hadisə nəticəsində həbsxananın bir hissəsi uçub.

Hadisə baş verən zaman həbsxanada 600 nəfərə qədər məhbus olub, onlardan 100-dən çoxu müxtəlif bədən xəsarətləri alıb. Daha iki nəfərin isə öldüyü xəbəri verilir.

Digər qurbanlar haqqında hələ ki, məlumat yoxdur. Polislər həbsxanadan qaçmaq istəyən məhbusların olub-olmaması barədə də məlumatsızdırlar. Partlayış nəticəsində zərərçəkən məhbuslar müvəqqəti saxlanma təcridxanasına köçürülüblər./anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm