Qırmızı.az
ŞOK: Səməd Vurğunun büstü sındırılıb yerə atıldı - VİDEO
Xaçmazda sakinlər səhəri açar-açmaz şoka
düşüblər.
Xalq Şairi Səməd Vurğunun büstü parkda sınmış vəziyyətdə aşkar
edilib.
Ayaqlar altına atılmış bu büst mərhum sevimli şairimiz, unudulmaz
şairimiz Səməd Vurğunun büstüdür. Bu gecə, yəni aprelin 30-dan
mayın 1-ə keçən-gecə, bu büst postamentdən sındırılaraq yerə
atılıb. Hansı səbəbdən olduğu bilinmir.
Ətrafda yaşayan sakinlər uzun illərdir dincəldikləri bu parkda bu
gün səhər tezdən Səməd Vurğunun büstünü dağılmış vəziyyətdə
görüblər. Onsuz da bərbad, təmirsiz, üz-gözü qırıq-qırıq edilmiş
büstü yerdə görmək sakinləri əməlli-başlı narahat edib. Onlar bu
vandalizmi törədən şəxslərin tapılıb ifşa edilməsini tələb
edirlər.
Rayon sakini Mehdi Nəsibovun sözlərinə görə, büst özü uça bilməz,
çünki 30 idən çoxdur ki, o, heykəl burdadı, necə ola bilər ki, bu
boyda tufanda, qasırğada, qarda uçmadı, indi uçdu.
Azərbaycan poeziyasının unudulmaz nümayəndələrindən biri olan Səməd
Vurğunun sındırılmış büstü olan parka gələn Xaçmaz icra
nümayəndəsinin müavini Şıxəli Məmmədəv bir neçə ildir Səməd Vurğun
parkının uzunmüddətli icarəyə verildiyini dedi. Bildirdi ki,
heykəlin uçması xəbərini bizdən eşidib və heykəlin qorunması ilə
bağlı bütün məsuliyyəti də həmin icarədar daşıyır.
Şıxəli Məmmədov: “Bu kiminsə, himayəsindədirsə, kiminsə
icarəsindədirsə, həmin adam özü baxmalı idi bu parka. Əgər alıbsa,
nə məqsədlə bu parkı, mən deyə bilmərəm, tanımıram da kim
alıb”.
Şıxəli Məmmədov hesab edir ki, bu faktın yalnız bir sahibkarın
laqeydliyi hesab etdiyini söyləyərək dedi ki, Xaçmazda Səməd
Vurğunun müasir büstü şəhərdəki Şəxsiyyətlər Muzeyində qoyulub.
Qaldı ki, bu dağılmış büstün aqibətinə, Şıxəli Məmmədov abidənin
bərpası üçün icarədarla danışıqlar aparılacağını bildirdi.
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO