Qırmızı.az
Bakıda dələduz həbs edildi
Bakı şəhər sakini Niyazi Məmmədov tərəfindən yol
verilmiş qanun pozuntuları ilə bağlı Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin
istintaqı yekunlaşıb.
Aparılmış istintaqla N.Məmmədovun etibardan sui-istifadə etmə və
aldatma yolu ilə ayrı-ayrı vətəndaşlardan Nəsimi və Yasamal
rayonları ərazisində tikilməkdə olan hündürmərtəbəli yaşayış
binalarından onlara mənzil verəcəyi adı ilə ümumilikdə 418 min
manat məbləğində, Bakı şəhər sakinindən özünün guya vəzifəyə təyin
olunacağını bildirib vəzifəli şəxsə verilməsi adı ilə 100 min manat
məbləğində, eləcə də vətəndaşlardan onların övladlarını dövlət
qurumlarında işə düzəldəcəyinə yalandan vəd edib aldadaraq
ümumilikdə 24 min manat məbləğində vəsaiti ələ keçirərək təkrarən
dələduzluq etməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət
Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsində nəzərdə tutulan
ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
İstintaq zamanı vurulmuş ziyanın qismən ödətdirilməsi təmin
edilib.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə
Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. /Ans/
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?