Qırmızı.az
Şagirdlər arasında informatika olimpiadası keçirilir
Qafqaz Universitetində ümumtəhsil məktəbləri şagirdlərinin VII İLO (İnformatika Layihə Olimpiadası) final mərhələsi keçirilir.
Publika.az-ın məlumatına görə, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, Nano Elektronica Estet Kompani Olimpiadanın təşkilatçılarıdır.
Açılışa Azərbaycan ictimaiyyəti ilə yanaşı Türkiyənin Fatih Universitetinin rektoru prof.dr. Şerif Ali Tekalan, Turqut Ozal universitetinin rektoru Prof. Dr .Abdulkadir Şengün, SuleymanŞah universitetinin rektoru prof. Dr. Hüseyn Ekiz də qatılıb.
Olimpiada “Lazım olsa super bir veb səhifə hazırlayaram, mən də film çəkə bilərəm, animasiya yarışı olsaydı qatılmaq istərdim, proqram yazmaq mənlikdir, uşaqlıqdan maraqlı qurğular hazırlamaq xəyalımdır” kimi fikirlər bir çox gəncimizdə var. "Əgər siz də bunlardansınızsa, onda bu yarış sizin üçündür!" devizi ilə keçirilir.
İLO respublikamızın İT və kompyuter texnologiyaları sahəsində ən bacarıqlı şagirdlərini bir araya gətirmək arzusundan doğub. Artıq bu il VII-si keçiriləcək məktəblərarası İnformatika Layihə Olimpiadasında iştirak etmək üçün qeydiyyat başlanıb.
Keçmiş yarışlarda müxtəlif şəhər və rayonlardan lisey və məktəblərdən şagirdlər iştirak edib və qiymətləndirilib.
Bu il də yarışda Azərbaycan respublikasının müxtəlif zonalarından, müxtəlif məktəblərdən şagirdlər hazırladıqları layihələr ilə iştirak edirlər. Yarışın məqsədi şagirdlərin öz ideyalarını kompyuterdə tətbiq edərək maarifləndirici və tərbiyəvi əhəmiyyətli layihələr hazırlaması və bunun vasitəsilə onların həm kompyuter biliklərinin artmasına yardımçı olmaq məqsədlərinə təşviq edir.
Olimpiadanın keçirilməsində məqsəd məktəblilərin İKT sahəsində biliklərinin və İKT-yə olan maraqlarının artırılması, müasir texnologiyalardan istifadə bacarıqlarının inkişaf etdirilməsidir. Olimpiadada aşağıdakı kateqoriyalar üzrə layihələr təqdim olunub.
Qısa Film - 14 layihə
Animasiya - 9 layihə
Web Səhifə - 11 layihə
Proqramçılıq - 7 layihə
Robotics - 11 layihə
Yüzlərlə ziyarətçisi olan sərgidə diqqəti ən çox cəlb edən Beynəlxalq Təhsil Mərkəzinin Türk liseyinin şagirdlərinin hazırladığı yanğın söndürmə maşını və Sumqayıt "Təfəkkür" liseyinin şagirdlərinin hazırladığı "İşiğın polyarlaşması və maşınqayırmada tətbiqi" layihəsi idi.
Layihələrin qiymətləndirilməsi ixtisaslı müəllimlər və İKT üzrə mütəxəssislər tərəfindən aparılır.
-
MDB08:00Krasnodarda güclü partlayışların ikinci dalğası başladı
-
İdman06:16Almaxanımın mahnısı trendə düşdü
-
Hadisə06:00Binəqədidə güclü yanğın tam söndürüldü - VİDEO/YENİLƏNDİ
-
Magazin102:42Xalq artisti 19 yaşlı sevgilisindən ayrılıb eks-arvadı ilə barışdı - FOTO
-
Yaxın Şərq00:45Yüksək vəzifəli İsrail rəsmisi öldürüldü - İDDİA
-
Qoroskop00:15Günün ulduz falı - Münasibət daha dərin mərhələyə keçə bilər
-
Art17 Mart 23:40Prezidentin gəlini Buxara karvansarasının açılışında - Foto
-
Dünya17 Mart 23:36Qadına bala it cildində görün nə satdılar - Hürüməyib, burnu isə...


































