Qırmızı.az
Azərbaycanda rabitənin keyfiyyəti xüsusi standartlarla yoxlanılacaq
Gələn il Azərbaycanda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir neçə texnoloji şirkətə müraciət edib.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib ki, yaxın vaxtlarda, ümumiyyətlə, Azərbaycanda rabitənin keyfiyyəti xüsusi standartlarla yoxlanılacaq. Bu yoxlamanın 1-2 ay çəkəcəyini deyən nazir qeyd edib ki, ondan sonra yoxlamanın nəticələrinə əsasən müəyyən tədbirlər görüləcək.
İnternetin keyfiyyəti ilə bağlı danışan nazir bildirib ki, bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal texnoloji hesabatında Azərbaycan 7 pillə irəliləyərək dünya ölkələri arasında 49-cu yeri tutub:
“20-dən çox göstərici üzrə MDB ölkələri arasında Azərbaycan lider mövqe tutub. Mobil telefon xidmətinin əlçatanlığı göstəricisinə görə dünya ölkələri arasında Azərbaycan birinci yeri tutub”.
Gülşanə Mustafayeva
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi