Nazir tədris ilinin uzadılmasının səbəblərini açıqladı
Bizi izləyin

Qırmızı.az

Nazir tədris ilinin uzadılmasının səbəblərini açıqladı

Nazir tədris ilinin uzadılmasının səbəblərini açıqladı

Təhsil naziri Mikayıl Cabbarov tədris ilinin uzadılması ilə bağlı jurnalistlərə açıqlama verib. Publika.az xəbər verir ki, nazir bildirib ki, dərs ilinin uzadılmasının iki əsas səbəbi var:

“Birincisi, müasir təhsil sistemləri ilə müqayisədə Azərbaycan şagirdləri təxminən 8 həftə az tədris keçirlər. Akademik tədrisdə 8 həftə çox uzun müddətdir. Təbii olaraq biz tədris ilinin 8 həftəlik uzadılmasını nəzərdə tutmuruq. Amma aydındır ki, dərs ilinin bu qədər qısa olması nəticə etibarilə şagird nailiyyətlərinə təsirsiz ötmür. Müəyyən mənfi təsirləri var.

İkinci səbəb bundan ibarətdir ki, eyni fənlərin və ya akademik proqramların keçirilməsi tədris ili qısa olduğu zaman bir günə və ya bir akademik həftəyə toplanır, bu da şagirdlərin daha çox yüklənməsinə səbəb olur. Tədris yükünün optimallaşdırılması üçün qəbul edəcəyimiz qərar bu istiqamətdə müsbət təsir göstərəcək”.

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm