Qırmızı.az
NİİM başqa nazirliyə verilsinmi? - Elnur Baimovdan AÇIQLAMA
“Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi təəssüf ki, hələ də özünü doğrultmayıb. Bu sistemi yenidən təşkil edib ayağa qaldırmaq lazımdır. Bunu isə yalnız Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bacarar. Çünki bu onların işidir”.
Bu sözləri “Axar.az”a nəqliyyat eksperti Məzahir Rüstəmov Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin (NİİM) Nəqliyyat Nazirliyindən alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) nəzdinə veriləcəyi barədə xəbərlərə münasibət bildirərkən dedi. Onun sözlərinə görə, NİİM yarandığı ilk gündən Nəqliyyat Nazirliyinə verilməsi səhv və yanlış addım idi: “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə Nəqliyyat Nazirliyi deyil, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzarət etməlidir, çünki bu sahənin mütəxəsisləri də ordadır, o nazirliyin kurasiyasıdır. Mərkəzin bu günə qədər nəqliyyatda heç bir dəyişikliyə nail ola bilməməsinin səbəbi də budur. Nəqliyyatın intellektual idarəsi sırf rabitə və texnologiya, ötürülmə, texniki məsələlərlə əlaqədardır. Burada əsas məqsəd operativliyi təmin etməkdir”.
NİİM rəhbəri olmuş Elnur Baimov Teleqraf.com-a açıqlamasında qurumun Nəqliyyat Nazirliyindən alınaraq RYTN-ə verilməsi təklifinə münasibəti mənfi oldu:
"Bu, çox absurd təklifdir. Hesab edirəm ki, mərkəz öz işini yüksək səviyyədə görür. Ümumiyyətlə, mən bu təklifi şərh etmək istəmirəm. Yaxşı olardı ki, məsələ ilə bağlı NİİM-in hazırkı rəhbərliyindən münasibət öyrənəsiz".
Qeyd edək ki, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi və “Avto FM” radiosunun Nəqliyyat Nazirliyindən alınaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə veriləcəyi barədə xəbər yayılıb.
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO