Qırmızı.az
Almaniyada Azərbaycana həsr olunmuş info-stend təşkil olunub
Bielefeld NRW-Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti Almaniyanın Herford şəhərinin mərkəzi küçəsində bu ölkənin yerli sakinlərini və qonaqları Azərbaycanla yaxından tanış etmək məqsədilə info-stend təşkil edib.
Stenddə Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini, coğrafiyasını, təbii resurslarını əks etdirən foto-albomlar, kitablar, atributlar sərgilənib. Sərgidə əsas diqqət XX əsrin əvvəllərindən başlayaraq - 1905, 1906, 1907, 1918-1923-cü illərdə erməni dəstələri və bolşeviklər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırım və qırğınların, eləcə də yaxın keçmişimizdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi Xocalı soyqırımı, Qarabağ müharibəsində etdiyi vəhşiliklərin alman ictimaiyyətinə çatdırılmasına yönəldilib.
Bununla da sərginin təşkilatçıları terrorçu Ermənistanın qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağı ətraf rayonlarını işğal etməsini və bu torpaqlları azad etməli olduqlarını almanların timsalında dünya ictimaiyyətinə çatdırılmasına qismən nail olublar.
Bielefeld NRW Alman-Azərbaycan Cəmiyyəti mayın 10, 17, 24-ü və 31-də Bielefelddə, sonar isə Almaniyanin NRW Federal Əyalətinin müxtəlif şəhərlərində info-stendlərin təşkilini davam etdirəcək.
-
Dünya14:30
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
-
Magazin214:20
Məşhur müğənni estetik əməliyyatdan sonra tanınmaz hala düşdü - FOTO
-
İdman14:10
“Bavariya”da ara qarışıb: əfsanə müdaxilə etdi
-
Nəqliyyat13:40
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin113:10
Mələkxanımın yeni villasından görüntülər - VİDEO
-
Ekologiya12:24
Sabahın havası: 30 dərəcə isti olacaq
-
Region12:12
Türkiyədə qeyri-adi təbiət hadisəsi baş verdi - FOTOLAR
-
Hadisə11:24
"TikTok" fenomeni naməlum şəxslər tərəfindən öldürüldü - FOTO