Qırmızı.az
Təhsil Nazirliyi xaricdə təhsillə bağlı xəbərdarlıq etdi
Təhsil Nazirliyindən xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətlərlə bağlı açıqlama veriblər.
Nazirlikdən bildiriblər ki, vətəndaşlar bəzi xaricdə təhsil
şirkətlərinin xidmətlərindən istifadə edərkən daha diqqətli
olsunlar: "Bu şirkətlərin fəaliyyətindən irəli gələn çətinliklərin
tələbə və gənclərimizin taleyi ilə birbaşa əlaqəli olduğunu nəzərə
alaraq bildiririk ki, Təhsil Nazirliyinə bir şikayətin belə daxil
olması bizi dərindən narahat edir.
Bəzi vətəndaşlar sadəcə xaricdə təhsil xatirinə bu cür vasitələrdən
istifadə etsələr də, onlar nəzərə almalıdırlar ki, təhsil hər zaman
əldə edilmiş bilik və bacarıqlar əsasında qiymətləndirilir. Bu
bilik və bacarıqlar gənclərimizin hərtərəfli inkişafında və
gələcəkdə layiqli işlə təmin olunmalarında müstəsna rol oynayır.
Təəssüf ki, bəzi şirkətlər tərəfindən reytinqi və təhsilinin
keyfiyyəti qat-qat aşağı olan universitetlərə sadələşdirilmiş
yollarla (attestatla) tələbə qəbulu təşkil edilir ki, burada da
yüksək təhsildən söhbət gedə bilməz. Nəticədə bu tələbələr həm
zəmanənin, həm də əmək bazarının tələbləri ilə uyğunlaşmada ciddi
çətinliklərlə üzləşmə təhlükəsi ilə qarşılaşa bilərlər.
Nazirliyi digər narahat edən hal ondan ibarətdir ki, "2007-2015-ci
illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı”na müsabiqənin tam ödənişsiz qaydada həyata keçirilməsinə
baxmayaraq, sənəd qəbulunda iştirak etmək məqsədilə şirkətlər
tərəfindən vətəndaşlardan kifayət qədər xidmət haqqı tələb
olunmasıdır:
"Halbuki, müasir İKT bacarıqlarından yararlanan və təhsil almaq
istədiyi ölkənin tədris dilini bilən gənc həm xarici ali məktəbə
qəbul prosesini, həm də Dövlət Proqramına sadələşdirilmiş elektron
ərizə üzrə müraciəti özü həyata keçirə bilər.
Bundan əlavə, bəzi xaricdə təhsil şirkətləri gənclərimizə Dövlət
Proqramı ilə bağlı müxtəlif həqiqəti əks etdirməyən vədlər verir və
beləliklə, qanunu ciddi qaydada pozmaqla yanaşı, onların
valideynlərini böyük maddi çətinliklərlə üz-üzə qoyur. Belə
hallarla rastlaşan tələbə və valideynlərdən diqqətli olmalarını,
heç bir şəxs və şirkətlər tərəfindən verilən vədlərə inanmamalarını
və Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146) məlumat
vermələrini xahiş edirik.
Hazırda Təhsil Nazirliyi Dövlət Proqramına sənəd qəbulu və seçim
prosesinin sadələşdirilməsi istiqamətində işləri davam etdirir və
Dövlət Proqramında iştirak etmək arzusunda olan tələbələrə birbaşa
Nazirliyə müraciət etmələrini tövsiyə edir".
-
Qoroskop00:15
Günün ULDUZ FALI: yeni plan peyda olacaq
-
Magazin100:07
Azərbaycanlı müğənni evində ölü tapıldı - FOTO
-
Sosial30 Aprel 23:24
Bakıda qeyri-adi oğurluq - Qadın götürdüyü pulları görün harada gizlətdi
-
Magazin230 Aprel 23:00
Məşhur serialın ulduzu 84 yaşında VƏFAT ETDİ - FOTO
-
Sosial30 Aprel 22:48
Qazaxda minaya düşən hərbçinin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
-
Magazin130 Aprel 21:36
Pərvin çəkilişlərdə xəstəlik tapdı - FOTO
-
Sosial30 Aprel 21:12
Azərbaycanlı general vəfat etdi - FOTO
-
Magazin130 Aprel 21:00
Əməkdar artist Cəlilabadda məscid tikdirdi - VİDEO