Nəsimi rayonunda avtomobil yolunu su basdı
Bizi izləyin

Qırmızı.az

Nəsimi rayonunda avtomobil yolunu su basdı

Bakının Nəsimi rayonunda avtomobil yolunu su basıb.


Anspress-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə rayonun Cavadxan küçəsində, “Memar Əcəmi” metrostansiyasının qarşısında olan avtomobil yolunda baş verib.



Belə ki, yolun altından keçən su borularından biri partlayıb və fantan vurub. Nəticədə avtomobil yolunda diametri təxminən 60-70 santimetr olan çuxur əmələ gəlib. Bu isə təbii olaraq yolda tıxaca səbəb olub.



Hadisə yerinə “Azərsu” ASC-nin əməkdaşları cəlb olunub. Qurum əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində ərazidə yaranmış problem aradan qaldırılıb, nəqliyyatın hərəkəti bərpa edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm