Qırmızı.az
İsmayıl Ömərov nəvəsi haqqında yazılanlardan DANIŞDI - ÖZƏL
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) keçmiş baş direktoru İsmayıl Ömərov nəvəsi haqqında müavini olmuş Çingiz Aslanovun söylədiyi fikirlərə qısa münasibət bildirib.
İ.Ömərov Publika.az-a açıqlamasında deyib: “Mənim bu barədə deyilənlərdən xəbərim yoxdur. Axı bunlar harada yazılıb? Mən bu barədə heçnə bilmirəm”.
Xatırladaq ki, İ.Ömərovun müavini olmuş Çingiz Aslanov AzNews.az-a müsahibəsində sensasion açıqlamalar verib.
O, dövrdə baş direktor İsmayıl Ömərovun öz nəvəsini uşaqlar arasında keçirilən “Evrovision” yarışmasına göndərməsi məsələsinə toxunan Ç.Aslanov deyib: “Onda da seçim tam ədalətli idi. Çünki İTV-nin qısa müddətdə tam formalaşıb uğur qazanması da məhz bu ədalətlilik prinsipinə sədaqətin məntiqi nəticəsi idi. Jurnalistlər İsmayıl Ömərovun nəvəsinin həmin yarışda iştirakı məsələsinə dönə-dönə qayıdırlar. Məcburam bunu deyim. Bəlkə də bu sözlərimə görə, məni ən çox qınayan İsmayıl Ömərov olacaq. Amma çoxları bilir, qoy, musiqisevərlər də bilsin ki, əsasən 10 MDB ölkəsi arasında təşkil olunan uşaq “Evrovision” yarışmasında İsmayıl Ömərovun nəvəsinin qalib gəlməməsi üçün bir oliqarx məmurun xərclədiyi pullara bəlkə də bir Olimpiya Kompleksi tikmək olardı. Әgər bu məsələni jurnalistlər araşdırmaq istəyirsə, Avropa Yayımlar Birliyindən həmin yarışmada Ömər Sultanova komissiyalardan yox, ölkələrdən SMS-lə nə qədər səs verildiyini istəsin, alsın, onda hər şey sizə tam aydın olacaq”.
Vasif Həsənli
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri