Qırmızı.az
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə Memorandum imzalanacaq
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarrinin Azərbaycana rəsmi səfəri başlayıb.
Publika.az-ın məlumatına görə, ali qonaq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin rəhbərliyi və kollektivi ilə birgə əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Qonaq görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, Şəhidlər xiyabanında vətənin azadlığı uğrunda canından keçmiş şəhidlərin məzarı ziyarət edildi, əbədi məşəl önünə əklil qoyularaq şəhidlərin ruhu yad edib.
Səfər çərçivəsində bu gün Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanacaq.
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və Müəllif Hüquqları Agentliyi rəhbərliyi ilə görüşəcək ali qonağın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Müasir iqtisadiyyatda əqli mülkiyyət” mövzusunda məruzə ilə çıxış edəcəyi planlaşdırılır.
Məlumat üçün bildirək ki, bir neçə gün öncə Təşkilatın ikinci dəfə Baş direktoru seçiləndən sonra Frensis Qarri ilk səfərini Azərbaycana edir.
2006-cı il martın 3-də Bakı şəhərində Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əqli mülkiyyət sahəsində “Əməkdaşlıq Proqramı” imzalanıb.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi