Qırmızı.az
Bakıda partlayış – 1 ölü, 2 yaralı
Binəqədi rayonunda bədbəxt hadisə baş verib. Dünən saat 14:28-də 7 mikrorayonda kanalizasiya lyukunda baş verən partlayışda 3 nəfər ağır xəsarət alıb. Onlar 1989-cu il təvəllüdlü Atayev Namiq Məhəmməd oğlu,1956-cı il təvəllüdlü Qasımov Fazil Maşallah oğlu və Novruzov Coşqun Nadir oğludur. Binəqədi Rayon Polis İdarəsindən AzNews.az-a daxil olan məlumata görə, kanalizasiya xəttində yaranan problemlə əlaqədar Rayon Su-Kanal İdarələrinin üç nəfər əməkdaşı hadisə yerinə təhkim olunub. Hər üç şəxs lyuka daxil olaraq qəzanı aradan qaldırmağa çalışıblar, bu vaxt lyukda partlayış baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələrək hər
üç şəxsi kanalizasiya lyukundan çıxardıblar. Elə həmin vaxt Bakı
Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət
olunub. Hər üç şəxs ağır vəziyyətdə Klinik Tibbi Mərkəzin
Toksikologiya Mərkəzinə yerləşdirilib.
Mərkəzdən AzNews.az-a verilən məlumata görə, yaralılardan 2-si
müalicə olunduqdan sonra evə buraxılıb, bir nəfər-Atayev Namiq
Məhəmməd oğlu isə dünyasını dəyişib.
Məlumata görə partlayışa səbəb lyukda yığılan qaz olub.
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək
-
Qoroskop07:55
Yayda varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR